home envelope sitemap
logo

Hesabatların elektron təqdimatı

Hörmətli respondent!

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi informasiya texnologiyalarının imkanlarından istifadə etməklə respondentlərin işini asanlaşdırmaq, onların üzərinə düşən informasiya yükünü, hesabat formasının tərtibinə və onun yerli statistika orqanlarına təqdim olunmasına sərf etdikləri vaxtı azaltmaq məqsədilə hesabatların elektron formada təqdim olunmasını təklif edir.
Siz bu xidmətlərdən istifadə etməklə hesabatları öz ofisinizdən kənara çıxmadan təqdim etmək və bu hesabatların arxivini yaratmaq imkanlarına malik ola bilərsiz.
Hesabatların elektron təqdimatı həm real-vaxt (online) rejmində, həmçinin elektron poçtla həyata keçirilə bilər.

1. Hesabatların real-vaxt (online) rejimində təqdim olunması üçün heç bir əlavə proqramın yüklənməsinə ehtiyac yoxdur, müəssisə internetə çıxışı olan istənilən kompüterdən istifadə etməklə müvafiq hesabat forması üzrə öz məlumatlarını Dövlət Statistika Komitəsinin məlumat bazasına daxil edə bilər. Həmçinin, respondentlərin işini asanlaşdırmaq üçün onlayn elektron sorğu kitabları da hazırlanmışdır. Respondent "Təqdim ediləcək hesabatlar haqqında məlumat" bölməsinə girərkən avtomatik olaraq proqram tərəfindən müvafiq hesabat dövrünə uyğun doldurulacaq hesabatların siyahısı ona təqdim olunur.

2. Hesabatların real-vaxt (online) rejimində təqdim olunması ilə yanaşı bəzi hesabat növləri var ki, hazırki mərhələdə bu hesabatlar yalnız elektron poçt rejimində (offlayn) təqdim olunur. Hesabatları elektron poçt rejimində təqdim etmək üçün aşağıdakı işləri yerinə yetirmək lazımdır:

Proqram sisteminin əhatəsini öz kompüterinizə yükləyin. Əgər istifadə etdiyiniz sistemdə Visual FoxPro 6.0 varsa, əhatənin yüklənməsinə ehtiyac yoxdur. Bu iş yalnız bir dəfə həyata keçirilir. Müvafiq proqram təminatını yükləmədən əvvəl kompüterə istifadə olunacaq kataloq, təsnifatları yükləmək zəruridir.

Visual FoxPro 6.0-ı kompüterinizə yükləyin:
Təsnifatları kompüterinizə yükləyin:

Siz təqdim edəcəyiniz statistik hesabatı seçərək müvafiq proqram təminatını yükləyirsiniz. Hər statistik hesabat növü üçün bir dəfə yükləmək kifayətdir. (statistik hesabat formalarına keçid) Müvafiq statistik hesabatı ekranda dolduraraq statistika orqanına elektron poçt vasitəsi ilə təqdim edirsiniz.
Yerli statistika orqanlarının elektron poçt ünvanları

Rayon(şəhər) statistika idarələrinin (şöbələrinin) rəislərinə.
Hesabatın təqdim edilməsi üzrə yaddaş!

Yanvar Fevral Mart
Aprel May İyun
İyul Avqust Sentyabr
Oktyabr Noyabr Dekabr

Əlaqə telefonu:
İnformasiya texnologiyaları şöbəsi:
(012) 538 - 90 - 30
(012) 538 - 61 - 53
kişisel blog online web dersleri
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim