home envelope sitemap
logo
2017-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1527,7 min nəfər olmuşdur. 2017-ci ilin yanvar-iyul aylarında ölkə sənayesində 21,8 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir 2017-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşmışdır. 2017-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 19,0 milyard manata bərabər olmuşdur. 2017-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25650,8 min ton, yük dövriyyəsi isə 5385,6 milyon ton-km olmuşdur. 2017-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8728,8 milyon manat vəsait yönəldilmişdir. İlin əvvəlindən ölkə əhalisinin sayı 33050 nəfər və ya 0,3 faiz artaraq 2017-ci il iyun ayının 1-i vəziyyətinə 9843031 nəfərə çatmışdır. 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 49,7 faiz bahalaşmışdır. 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 12,3 faiz bahalaşmışdır. 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,4 faiz bahalaşmışdır 2017-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7138,6 milyon manat və ya əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 2,9 faiz az vəsait yönəldilmişdir. 2017-ci ilin birinci yarısında bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 838,1 min kvadrat metr olan yeni yaşayış evləri tikilib istifadəyə verilmişdir. 2017-ci ilin birinci yarısında ölkədə 31310,6 milyon manat dəyərində ümumi daxili məhsul istehsal edilmişdir.
Son yenilənmə: 15.08.2017

Energetika

Nəşrin elektron versiyası
“Azərbaycanın energetikası” statistika məcmuəsində 2011-2015-ci illər üzrə milli enerji balansı əhatə olunmaqla enerji məhsullarının əmtəə balansları və energetika statistikasına aid digər zəruri məlumatlar verilmişdir. Məcmuə 5 bölmədən ibarətdir. 1-ci bölmədə energetika müəssisələrinin işinin əsas göstəriciləri, enerji istehlakı və elektrik enerjisinin enerji istehlakındakı payı, enerji tutumu və s., 2-ci bölmədə illər üzrə enerji balansı və balansın sektorlar üzrə bölgüsü, 3-cü bölmədə enerji balansını əhatə edən ayrı-ayrı enerji məhsullarının (əmtəə) balansları, 4-cü bölmədə enerji məhsullarının iqtisadi fəaliyyət növləri üzrə istehlakı, 5-ci bölmədə xam neftin, təbii qazın hasilatı, elektrik stansiyalarının gücü, iqtisadiyyatın ayrı-ayrı sahələrində fəaliyyət göstərən müəssisələr tərəfindən atmosferə atılan çirkləndirici maddələr haqqında və s. əlavə cədvəllər verilmişdir.
Tərtib edilmiş hazırkı enerji balansı BMT, Beynəlxalq Enerji Agentliyi, Avrostat və digər beynəlxalq təşkilatların və 21 ölkənin, o cümlədən Azərbaycanın da üzv olduğu “Oslo Qrupu” tərəfindən hazırlanmış və BMT-nin Statistika Komissiyasının 2011-ci ilin fevral ayında təşkil olunmuş 42-ci sessiyasında qəbul edilmiş “Enerji statistikasına dair beynəlxalq tövsiyələr”in tələblərinə əsaslanmışdır.
Enerji balansının tərtib olunmasına dair qısa metodoloji göstərişlər cədvəllərdən sonra verilmişdir.
Məcmuənin sonunda “Çevrilmə əmsalları” və göstəricilərin tapılmasının asanlaşdırılması məqsədilə “Əlifba sırası ilə göstəricilərin siyahısı” verilmişdir.
Nəşrlərdə və çap işlərində statistik məlumatdan istifadə edərkən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə istinad olunmalıdır.
“Azərbaycanın energetikası” statistika məcmuəsində
Şərti işarələrin izahı:
« - » hadisə mövcud deyil
« ... » statistik məlumat yoxdur
« 0.0 » hadisə baş vermişdir, lakin onun qiyməti uyğun ölçü vahidindən kiçikdir.

Qeyd:
Bəzi hallarda yekunla toplananların cəmi arasında yaranan cüzi fərq rəqəmlərin yuvarlaqlaşması ilə izah olunur.
kişisel blog online web dersleri
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim