home envelope sitemap
logo
2017-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1527,7 min nəfər olmuşdur. 2017-ci ilin yanvar-iyul aylarında ölkə sənayesində 21,8 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir 2017-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşmışdır. 2017-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 19,0 milyard manata bərabər olmuşdur. 2017-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25650,8 min ton, yük dövriyyəsi isə 5385,6 milyon ton-km olmuşdur. 2017-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8728,8 milyon manat vəsait yönəldilmişdir. İlin əvvəlindən ölkə əhalisinin sayı 33050 nəfər və ya 0,3 faiz artaraq 2017-ci il iyun ayının 1-i vəziyyətinə 9843031 nəfərə çatmışdır. 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 49,7 faiz bahalaşmışdır. 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 12,3 faiz bahalaşmışdır. 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,4 faiz bahalaşmışdır 2017-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7138,6 milyon manat və ya əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 2,9 faiz az vəsait yönəldilmişdir. 2017-ci ilin birinci yarısında bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 838,1 min kvadrat metr olan yeni yaşayış evləri tikilib istifadəyə verilmişdir. 2017-ci ilin birinci yarısında ölkədə 31310,6 milyon manat dəyərində ümumi daxili məhsul istehsal edilmişdir.
Son yenilənmə: 03.08.2017

Telekommunikasiya və poçt

“Azərbaycanda telekommunikasiya və poçt” statistika məcmuəsində ölkə rabitəsinin vəziyyətini, onun inkişaf dinamikasını izləməyə imkan verən statistika məlumatları verilmişdir. Rabitənin infrastrukturu, inkişaf dinamikası və müqayisə etmək üçün MDB ölkələrinin bu sahədə olan məlumatları məcmuəyə daxil edilmişdir. Məcmuədə informasiya və rabitə, poçt xidmətləri, televiziya və radiorabitə, qeyridövlət sektorunun inkişafı, rabitə müəssisələrində çalışan işçilərin sayı və onların orta aylıq əmək haqqı, ölkənin regionları üzrə rabitənin vəziyyəti, əhalinin telefon təminatı haqqında məlumatları və rabitənin digər əsas məlumatları əhatə olunur.
Nəzərə almaq lazımdır ki, yeni –“İqtisadi fəaliyyət növləri təsnifatı” nın 3-cü versiyasının tətbiqi ilə bağlı rabitə statistikası sahələrində bir sıra dəyişikliklər baş vermişdir. İqtisadi fəaliyyət növləri təsnifatının əvvəlki versiyası üzrə “Nəqliyyat və rabitə” seksiyasında əhatə olunan telekomunikasiya və poçt fəaliyyəti yeni təsnifat üzrə fərqli seksiyalarda çəmləşmişdir. Poçt fəaliyyəti “Nəqliyyat və anbar təsərrüfatı” fəaliyyətinə aid olunmuş, yeni “İnformasiya və rabitə” seksiyasında isə müxtəlif informasiya texnologiyaları xidmətləri və telekommunikasiya fəaliyyəti əhatə olunmuşdur. Cari məcmuədə bu amillər nəzərə alınmış, bununla yanaşı, istifadəçilərin tələbatı nəzərə alınaraq poçt fəaliyyəti də məcmuədə əks etdirilmişdir.
Statistik göstəricilər və onların formalaşması haqqında qısa metodoloji izahatlar cədvəllərdən sonra verilmişdir.

Şərti işarələr:
« - » hadisə baş verməmişdir;
« ... » məlumat əldə edilməmişdir;
« 0 » rəqəm vahiddən olduqca kiçikdir.

Qeyd:
Bəzi hallarda yekunla toplananların cəmi arasında yaranan cüzi fərq rəqəmlərin yuvarlaqlaşdırılması ilə izah olunur.
kişisel blog online web dersleri
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim