Azərbaycanın sənayesi
Son yenilənmə: 26.10.2016

“Azərbaycanın sənayesi” statistika məcmuəsinə son illərdə Azərbaycan Respublikası sənayesinin işini xarakterizə edən əsas statistik məlumatlar daxil edilmişdir. Məcmuədə sənaye sektorunun - “mədənçıxarma sənayesi”, “emal sənayesi”, “elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı” və “su təchizatı, tullantıların təmizlənməsi və emalı” kimi fəaliyyət növləri əhatə olunur. Sənayenin ölkə iqtisadiyyatında yeri, istehsal edilmiş məhsulun həcmi, məhsul istehsalına çəkilən xərclər, əsas fondlar, sənayedə çalışan işçilərin sayı və onların orta aylıq əmək haqqı, regionlar üzrə sənayenin əsas göstəriciləri, natura ifadəsində məhsul istehsalı və digər əsas göstəricilər üzrə statistik məlumatlar verilmişdir. Bundan əlavə, məcmuəyə Azərbaycan sənayesinin dünya və MDB ölkələrinin sənayesi ilə müqayisə etmək imkanını verən müxtəlif cədvəllər daxil edilmişdir.
Məcmuə iqtisadçılar, tələbələr, elmi işçilər və digər istifadəçilər üçün nəzərdə tutulmuşdur.

Şərti işarələrin izahı:
« - » hadisə baş verməmişdir
« ... » məlumat əldə edilməmişdir
« 0.0 » rəqəm istifadə olunan vahiddən kiçikdir

Qeyd:
Bəzi hallarda yekunla toplananların cəmi arasında yaranan cüzi fərq rəqəmlərin yuvarlaqlaşdırılması ilə izah olunur.