Turizm
Son yenilənmə: 10.11.2016
"Turizm" bölməsində Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm, mehmanxana və mehmanxana tipli müəssisələrin iqtisadi göstəriciləri və ölkə sərhəddini keçərək xarici ölkələrə gedən və Azərbaycan Respublikasına gələn vətəndaşların sayı haqqında statistik məlumatlar əks olunur.
Məcmuəyə turizm fəaliyyəti ilə məşğul olan müəssisələrin, mehmanxana və mehmanxana tipli müəssisələrin və onlarda çalışan işçilərin sayı, müəssisələrin əldə etdikləri gəlir və xərcləri, ölkə daxilində və xarici ölkələrdə səyahət etmək üçün Azərbaycan vətəndaşlarına və Azərbaycanda səyahət etmək üçün xarici ölkə vətəndaşlarına satılmış turizm yollayışı blanklarının sayı və dəyəri, həmçinin xarici ölkələrə səyahət edən Azərbaycan vətəndaşlarının və Azərbaycana səyahət edən xarici vətəndaşların ölkələr üzrə sayı, mehmanxana və mehmanxana tipli müəssisələrdə gecələmiş şəxslərin və gecələmələrin sayı, bu müəssisələr tərəfindən xidmət göstərilmiş xarici ölkə vətəndaşlarının ölkələr üzrə sayı, gecələyən şəxslərin məqsədlər üzrə sayı, Azərbaycan vətəndaşlarının sakini olduğu rayonlar (şəhərlər) üzrə səfərlərin məqsədinə görə sayı və s. haqqında məlumatlar əks olunmuşdur.
Turizm müəssisələri, mehmanxana və mehmanxana tipli müəssisələrə dair statistik göstəricilər, həmçinin iqtisadi rayonlar və mülkiyyət formaları üzrə də verilmişdir.
Məcmuə iqtisadçılar, statistiklər, elmi işçilər və digər istifadəçilər üçün nəzərdə tutulmuşdur.