Gender göstəriciləri
Son yenilənmə: 19.08.2016
Azərbaycanda qadın və kişilərin bərabər hüquq və imkan azadlıqları siyasətinin məqsəd və vəzifələri aşağıdakılardan ibarətdir:
Ümumbəşəri insan haqları baxımından hər iki cinsdən olanların haqlarının qorunması və möhkəmləndirilməsi, qadın və kişilərin bu haqlardan istifadə etməsi üçün müvafiq tədbirlərin görülməsi.
İdarəçilikdə və qərar qəbul etmək səviyyəsində qadın və kişilərin bərabər iştirakı üçün şəraitin yaradılması, demokratik təmsilçiliyin yaxşılaşdırılması və inkişafı.
Qadın və kişilərin əmək bazarında, biznesdə və maliyyə sferasında bərabər iştirakına şərait yaradılması, hər bir vətəndaşın iqtisadi müstəqilliyinin inkişafı üçün şəraitin yaradılması.

Aşağıdakıların həyata keçirilməsi üçün şəraitin yaradılması:
-qadın və kişilərin ömür uzunluğunun yüksəldilməsi;
-uşaq və ana ölümü səviyyəsinin azaldılması;
-qadın və kişilərin reproduktiv sağlamlığının yaxşılaşdırılması.
Əhalinin aztəminatlı təbəqələrinin (qaçqınlar və məcburi köçkünlər, əlillər, tənha analar, qadınların başçılıq etdiyi ailələr) müdafiə olunması və onların problemlərinin həllinə kömək edilməsi.
Təhsil sistemində qadın və kişilərin bərabər iştirakına şərait yaradılması. Qız və oğlanların təhsil alması üçün sosial stereotiplərin möhkəmləndirilməsi və bərabər təhsil almaq imkanlarının saxlanması tədbirlərinin görülməsi. Cəmiyyətdə cinsi bərabərlik ideyalarının yayılması üçün bir mexanizm kimi təhsil sisteminin inkişafı.
Həm qadınlar, həm də kişilər üçün peşə fəaliyyəti ilə ailə həyatının harmonik və səmərəli şəkildə uzlaşdırılmasına kömək etmək.

Qadınlara qarşı zorakılığın aradan qaldırılması:
-məişət zorakılığının kökünün kəsilməsi;
-qaçqınlar və məcburi köçkünlərin məruz qaldığı zorakılığın nəticələrinin aradan qaldırılması.
Sosial uyğunsuzluqların aradan qaldırılmasının vacibliyinin başa düşülməsinə kömək edilməsi və qadınla kişilərin arasında məsuliyyətin bölünməsi.
Azərbaycan Respublikasının qanunvericiliyi həyatın bütün sahələrində qadın və kişilərin bərabərliyi ideyalarını ifadə edir.
Bütün bunlar cəmiyyətdə gender qeyri-bərabərliyinin ləğv edilməsi və genderə görə balanslaşdırılmış siyasətin inkişafı üçün əsasdır.
Azərbaycan Respublikası 1995-ci ildə qadınlara qarşı bütün növ ayrı-seçkiliyin ləğv olunması barədə Konvensiyanı, eləcə də insan haqları üzrə əsas beynəlxalq sənədləri qəbul etmiş və onlara qoşulmuşdur.
Gender problemləri ölkə rəhbərliyinin daimi diqqət mərkəzindədir və milli siyasətin prioritet məsələlərindən birinə çevrilmişdir.

Şərti işarələr:
« - » məlumat yoxdur.
« ... » məlumat işlənməmişdir.
« 0 və ya 0,0 » məlumat uyğun ölçü vahidindən olduqca kiçikdir.
kişisel blog