Kənd, meşə və balıqçılıq təsərrüfatı
Son yenilənmə: 16.05.2017
Kənd təsərrüfatı bölməsində kənd təsərrüfatının ümumi məhsulu, əsas kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, məhsul istehsalı və məhsuldarlığı, mal-qara və quşların sayı, əsas növ heyvandarlıq məhsullarının istehsalı və s. barədə məlumatları əhatə edir. Ölkə üzrə yekun məlumatlar iki əsas təsərrüfat kateqoriyası – kənd təsərrüfatı müəssisələri və sair təşkilatlar, habelə fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları üzrə göstərilir, ölkə üzrə məlumatlarla yanaşı, bitkiçiliyə və heyvandarlığa dair əsas məlumatlar regionlar üzrə də verilir.
Bundan başqa, bölməyə MDB ölkələri üzrə bəzi məlumatlar da daxil edilmişdir.
Meşəçilik, balıqçılıq və ovçuluq təsərrüfatları bölməsində meşəçilik, balıqçılıq və ovçuluq təsərrüfatlarının vəziyyətini əks etdirən məlumatlar verilir. Torpaq, meşə resursları və onların qorunması, balıq ovu və vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi, ovçuluq təsərrüfatlarının əsas iqtisadi göstəriciləri və onlardakı dırnaqlılar, xəzli heyvanlar, ev quşları, haqqında məlumatlar göstərilir.
Kənd təsərrüfatı müəssisələrinin və fərdi sahibkar təsərrüfatlarının əsas iqtisadi göstəriciləri bölməsində aqrar sahədə fəaliyyət göstərən müxtəlif təşkilati-hüquqi formalı kənd təsərrüfatı müəssisələri və fərdi sahibkar təsərrüfatlarının əsasiqtisadi göstəriciləri verilir.Bölmə müxtəlif mülkiyyət növlərinə aid olan kənd təsərrüfatı müəssisələrinin (səhmdar cəmiyyətlərin, kollektiv və birgə müəssisələrin, istehsal kooperativlərinin və s.) və fərdi sahibkar təsərrüfatlarının müvafiq hesabat məlumatları əsasında hazırlanmışdır. Bura kənd təsərrüfatı məhsullarının maya dəyəri, satış qiyməti və rentabelliyi, əmək məsarifi, istehsal xərclərinin strukturu, kənd təsərrüfatı müəssisələrinin sayı, onlarda çalışan işçilərin orta illik sayı, əsas fondların dəyəri və s. barədə məlumatlar daxil edilmişdir.

Şərti işarələrin izahı:
« - » hadisə baş verməmişdir
« ... » məlumat əldə edilməmişdir
« 0.0 » rəqəm istifadə olunan vahiddən kiçikdir

Qeyd:
Bəzi hallarda yekunla toplananların cəmi arasında yaranan cüzi fərq rəqəmlərin yuvarlaqlaşdırılması ilə izah olunur.
kişisel blog