home envelope sitemap
logo
2017-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1527,7 min nəfər olmuşdur. 2017-ci ilin yanvar-iyul aylarında ölkə sənayesində 21,8 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir 2017-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşmışdır. 2017-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 19,0 milyard manata bərabər olmuşdur. 2017-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25650,8 min ton, yük dövriyyəsi isə 5385,6 milyon ton-km olmuşdur. 2017-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8728,8 milyon manat vəsait yönəldilmişdir. İlin əvvəlindən ölkə əhalisinin sayı 33050 nəfər və ya 0,3 faiz artaraq 2017-ci il iyun ayının 1-i vəziyyətinə 9843031 nəfərə çatmışdır. 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 49,7 faiz bahalaşmışdır. 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 12,3 faiz bahalaşmışdır. 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,4 faiz bahalaşmışdır 2017-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7138,6 milyon manat və ya əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 2,9 faiz az vəsait yönəldilmişdir. 2017-ci ilin birinci yarısında bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 838,1 min kvadrat metr olan yeni yaşayış evləri tikilib istifadəyə verilmişdir. 2017-ci ilin birinci yarısında ölkədə 31310,6 milyon manat dəyərində ümumi daxili məhsul istehsal edilmişdir.
Son yenilənmə: 21.08.2017

Səhiyyə, sosial müdafiə, idman


Səhiyyə, idman

Xəstəlik sinifləri üzrə əhalinin xəstələnməsi 18 yaşadək uşaqların xəstəlik sinifləri üzrə xəstələnməsi 0-13 yaşlı uşaqların xəstəlik sinifləri üzrə xəstələnməsi 14-29 yaşlı gənclərin xəstəlik sinifləri üzrə xəstələnməsi 30 və yuxarı yaşlı əhalinin xəstəlik sinifləri üzrə xəstələnməsi Əhalinin ayrı-ayrı infeksion və parazitar xəstəliklərlə xəstələnməsi Ayrı-ayrı lokalizasiyalar üzrə əhalinin bədxassəli şişlərlə xəstələnməsi Əhalinin cins və yaş qrupları üzrə əhalinin bədxassəli şişlərlə xəstələnməsi Ayrı-ayrı lokalizasiyalar üzrə əhalinin aktiv vərəmlə xəstələnməsi Əhalinin cins və yaş qrupları üzrə aktiv vərəmlə xəstələnməsi Əhalinin şəkərli diabetlə xəstələnməsi Əhalinin anemiya ilə xəstələnməsi Əhalinin talassemiya ilə xəstələnməsi Əhalinin alkoqolizm, narkomaniya və toksikomaniya ilə xəstələnməsi Əhalinin psixi xəstəliklərlə xəstələnməsi Əhalinin cins və yaş qrupları üzrə zöhrəvi xəstəliklərlə xəstələnməsi Xəstələrin xəstəxanalarda müalicəsinin nəticələri və çarpayı fondundan istifadə edilməsi Müalicə-profilaktika müəssisələrinin cərrahiyyə işləri Qadınların ayrı-ayrı xəstəliklərlə xəstələnməsi Hamilə, doğan və zahı qadınların sağlamlığı Doğuşlar və abortlar Yaş qrupları üzrə abortların sayı Kontrasepsiya vasitələrindən istifadə Doğuş zamani operativ müdaxilə Həyatının birinci ilində körpələrin ayrı-ayrı xəstəliklərlə xəstələnməsi 18 yaşadək uşaqların anemiya, yod, A vitamini çatışmazlığı, boyatmanın ləngiməsi və zəiflik ilə xəstələnməsi Körpələrin ana südü ilə qidalandırılması İnsanın immunçatışmazlığı virusunun (İİV) törətdiyi xəstəliklə xəstələnlərin sayı

Sosial müdafiə

Mənzil şəraiti

Statistik məcmuədə Azərbaycan Respublikasında səhiyyə, sosial təminat və mənzil şəraitinin vəziyyətini əks etdirən əsas göstəricilər, həmçinin əhalinin sayı, doğum, ölüm və təbii artım haqqında məlumatlar verilmişdir.
Səhiyyə bölməsində müalicə-profilaktika müəssisələrinin şəbəkəsi, əhalinin xəstəlik sinifləri üzrə xəstələnməsi və ayrı-ayrı xəstəliklərin lokalizasiyalar üzrə bölgüsü, sanatoriyalar, pansionatlar və istirahət evləri, doğuş, abort, bədən tərbiyəsi və idmanın inkişafı haqqında məlumatlar əks etdirilmişdir.
Xəstəliklərə dair cədvəllərdə məlumatlar Xəstəliklərin Beynəlxalq Təsnifatının X baxışı (XBT-X) əsasında verilmişdir.
Sosial təminat bölməsində pensiya təminatı, sosial müavinətlər, təqaüdlər, aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardımı, ümumi və ilkin əlillik, qocalar və əlillər üçün internat evlərinin fəaliyyəti, istehsalatda zədələnmə haqqında informasiya əks edilmişdir.
Mənzil şəraiti bölməsində ölkə üzrə mənzil fondunun ümumi və yaşayış sahəsi, özəlləşdirilmiş mənzillərin sayı, mənzil fondunun abadlığı, mənzil şəraitini yaxşılaşdıran ailələrin sayı haqqında məlumatlar əks etdirilmişdir.
Mənzil fonduna dair məlumatlar əhalinin 2009-cu il siyahıyaalınması məlumatları əsasında yenidən hesablanmışdır
Nəşr edilmiş informasiya Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi statistika məlumatlarına əsaslanır.
Məcmuədə əks etdirilmiş bəzi məlumatlar ölkənin iqtisadi rayonları üzrə verilmişdir.

Şərti işarələr:
« - » hadisə möcud deyil;
« ... » statistik məlumat yoxdur;
« 0,0 » hadisə baş vermişdir, lakin onun qiyməti uyğun ölçü vahidindən kiçikdir;
« * » qiymətləndirmə, hesablama.
kişisel blog online web dersleri
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim