home envelope sitemap
logo
2017-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1527,7 min nəfər olmuşdur. 2017-ci ilin yanvar-iyul aylarında ölkə sənayesində 21,8 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir 2017-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşmışdır. 2017-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 19,0 milyard manata bərabər olmuşdur. 2017-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25650,8 min ton, yük dövriyyəsi isə 5385,6 milyon ton-km olmuşdur. 2017-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8728,8 milyon manat vəsait yönəldilmişdir. İlin əvvəlindən ölkə əhalisinin sayı 33050 nəfər və ya 0,3 faiz artaraq 2017-ci il iyun ayının 1-i vəziyyətinə 9843031 nəfərə çatmışdır. 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 49,7 faiz bahalaşmışdır. 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 12,3 faiz bahalaşmışdır. 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,4 faiz bahalaşmışdır 2017-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7138,6 milyon manat və ya əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 2,9 faiz az vəsait yönəldilmişdir. 2017-ci ilin birinci yarısında bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 838,1 min kvadrat metr olan yeni yaşayış evləri tikilib istifadəyə verilmişdir. 2017-ci ilin birinci yarısında ölkədə 31310,6 milyon manat dəyərində ümumi daxili məhsul istehsal edilmişdir.

Keyfiyyət məruzələri
Statistik biznes-prosesin ümumi modeli (SBPÜM) üzrə statistika prosesləri
Azərbaycan Respublikası Dövlət Statistika
Komitəsinin 2016-cı il 27 dekabr tarixli
24/07s nömrəli sərəncamı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin
Keyfiyyət sahəsində siyasəti


  • Beynəlxalq keyfiyyət standartlarının tətbiq edilməsinin vacibliyini və prioritetliyini, o cümlədən dövlətin və cəmiyyətin tələbatına uyğun olaraq, rəsmi statistikanın davamlı təkmilləşdirilməsinin zəruriliyini nəzərə alaraq, Dövlət Statistika Komitəsi (Dövlətstatkom) keyfiyyət sahəsində bu siyasətlə müəyyənləşdirilmiş prinsip və istiqamətlərə əsaslanır.
  • Dövlətstatkomun Keyfiyyət sahəsində siyasəti onun rolunu və əsas dəyərlərini əks etdirən inkişaf strategiyasının bir hissəsidir. Bununla əlaqədar Dövlətstatkomun bütün struktur bölmələri rəsmi statistika məlumatlarının istehsalı və yayılmasında keyfiyyəti idarəetmə sisteminin tələblərini öz fəaliyyətində nəzərə alır.

  • Dövlət Statistika Komitəsinin Keyfiyyət sahəsində siyasəti aşağıdakılardan ibarətdir:

    - Keyfiyyəti idarəetmə sisteminin İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun təkmilləşdirilməsi;
    - İstifadəçilərin (dövlət orqanlarının, əhalinin, işgüzar dairələrin, elm və təhsil müəssisələrinin, KİV-in, vətəndaş cəmiyyətinin, beynəlxalq təşkilatların və s.) statistik məlumatlara olan tələbatlarının maksimum təmin edilməsi;
    - İstifadəçilərin məmnunluğuna nail olmaq məqsədilə daim onların statistikaya olan tələbatının öyrənilməsi;
    - Sistemin təkmilləşdirilməsini təmin etmək məqsədilə rəhbərlik tərəfindən mütəmadi təhlillərin aparılması;
    - Qarşıda duran strateji vəzifə və hədəflərə nail olmaq məqsədi ilə qabaqcıl beynəlxalq təcrübədən bəhrələnməklə statistik potensialın inkişafının təmin edilməsi;
    - Qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların Dövlətstatkomun gündəlik işində tətbiqi;
    - Dövlətstatkomun fəaliyyətinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması, onların müasir bacarıqlara yiyələnməsinin təmin edilməsi;
    - Yerli statistika orqanlarının fəaliyyətinin keyfiyyəti idarəetmə sisteminin tələblərinə uyğun təkmilləşdirilməsi.

    Keyfiyyət sahəsində Dövlətstatkomun siyasətinin reallaşdırılması aşağıdakı prinsiplərə əsaslanır:

    - elmi əsaslandırılmış və beynəlxalq standartlar və tələblərlə uyğunlaşdırılmış metodologiyanın tətbiqi;
    - Dövlətstatkomun məqsəd və məramlarına təsir göstərən daxili (dəyər, mədəniyyət, bilik və s.) və xarici (texnoloji, hüquqi, sosial və s.) amillərin diqqətdə saxlanılması;
    - hər bir prosesin planlaşdırılması zamanı risklərin müəyyənləşdirilməsi və müvafiq qabaqlayıcı tədbirlərin görülməsi;
    - statistik məhsulların keyfiyyətinin beynəlxalq statistika sisteminin keyfiyyət meyarlarına uyğunluğunun müntəzəm olaraq yoxlanması;
    - statistik məhsulların keyfiyyətinə zəmanət verilməsi üçün statistika sisteminin vahid standartlar və mütərəqqi metodlar əsasında davamlı olaraq təkmilləşdirilməsi;
    - istifadəçilərin statistik məlumatlara olan tələbatının təmin edilməsinin Dövlətstatkomun struktur bölmələri arasındakı qarşılıqlı əlaqələrin gücləndirilməsi və bütün mümkün üsul və vasitələrlə (yayım formasının, nəşrlərin sayının artırılması və s.) yüksəldilməsi;
    - respondentlərə düşən məlumat yükünün statistik alətlərin təkmilləşdirilməsi yolu ilə azaldılması;
    - ilkin statistik məlumatların məxfiliyinin təmin edilməsi;
    - cəmiyyətin dəqiq və dolğun rəsmi statistika məlumatlarına olan tələbatının təmin edilməsi üçün hüquqi əsasların təkmilləşdirilməsi;
    - statistik proseslərin keyfiyyətinin yüksəldilməsi;
    - hər bir prosesin planlaşdırılmış nəticələrinin səmərəli alınması üçün fəaliyyətin və resursların idarə edilməsində mərhələli yanaşmadan istifadə edilməsi.

    Dövlətstatkomun rəhbərliyi həmişə çalışır ki, bütün işçi heyəti:

    - “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla bağlı məlumatlı olsun;
    - bilik və bacarıqların artırılması məqsədilə mütəmadi olaraq təlimatlandırılsın;
    - cari dövr üçün keyfiyyət sahəsində siyasəti və məqsədləri bilsin;
    - zəruri peşəkar hazırlığa yiyələnə bilsin;
    - keyfiyyətli metodoloji və təlimatlandırıcı sənədlərə malik olsun;
    - işlərin keyfiyyətlə yerinə yetirilməsi üçün müvafiq proqram vasitələri, kompüter texnikası və digər zəruri vasitələrlə təmin edilsin;
    - qarşılıqlı əlaqələri səmimilik, etibarlılıq və problemlərin birgə həll edilməsi prinsipi əsasında qursun;
    - rəhbərlik tərəfindən müəyyənləşdirilmiş bütün tapşırıqları vaxtlı-vaxtında və keyfiyyətlə yerinə yetirsin;
    - keyfiyyət sahəsində mövcud biliyi yeniləsin və inkişaf etdirsin.

  • Dövlətstatkomun rəhbərliyi qeyd edilmiş prinsiplərə şərtsiz əməl edir və keyfiyyətin idarə edilməsi sisteminin təhlil edilməsi və səmərəliliyinin daim artırılması üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Dövlət Statistika
Komitəsinin 2016-cı il 27 dekabr tarixli
24/07s nömrəli sərəncamı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2017-ci il üçün
Keyfiyyət sahəsində məqsədləri


  • Statistika sistemində keyfiyyətin idarə edilməsi sisteminin qurulması, müşahidələrin idarə olunmasının səmərəliliyinin artırılması və idarəetmənin asanlaşdırılması məqsədilə Dövlətstatkomun keyfiyyət sahəsində 2017-ci il üçün əsas məqsədləri aşağıdakılardır:

    - Aktuallığın saxlanılması, məlumatların və metaməlumatların müvafiq standart formada yayılması yolu ilə daha geniş istifadəçi auditoriyasına nail olunması üçün tədbirlərin görülməsi;
    - “Statistik Biznes – Prosesin Ümumi Modeli”nin Azərbaycan versiyasının təkmilləşdirilərək elektron formada tətbiqi üçün lazımi işlərin həyata keçirilməsi;
    - Keyfiyyətin idarə edilməsi sisteminin və müvafiq sənədlərin “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğunlaşdırılması;
    - Dövlət Statistika Komitəsinin Keyfiyyətin idarə edilməsi sisteminin (KİS) tətbiq edildiyi yerli statistika orqanlarının fəaliyyətinin İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun təkmilləşdirilməsi və digər yerli statistika orqanlarında KİS-in qurulmasının təşkili;
    - İlkin statistik məlumatların əlaqələndirilməsi və məntiqi riyazi nəzarətin təkmilləşdirilməsi yolu ilə ilkin məlumatlarda yol verilən xətaların azaldılması, məlumatların keyfiyyətinin yüksəldilməsi;
    - Dövlət statistika sistemində sənədləşdirmə işlərinin, o cümlədən elektron sənəd dövriyyəsi sisteminin təkmilləşdirilməsi;
    - Statistika proseslərinin və KİS-in elektronlaşdırılmasının davam etdirilməsi;
    - Elektron hesabat və xidmətlərdən istifadənin maksimum səviyyəyə çatdırılması;
    - Statistika sisteminin İKT avadanlığının davamlı olaraq yenilənməsi;
    - Milli statistik təsnifatlar sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması üçün müvafiq tədbirlərin görülməsi;
    - “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”nda və Dövlət Statistika Komitəsinin iştirak etdiyi digər dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin tam və keyfiyyətlə icrasına nail olunması;
    - Dövlət Statistika Komitəsinin Statistik işlər proqramında nəzərdə tutulmuş tədbirlərin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinin təmin olunması;
    - “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə əlaqədar müvafiq tədbirlərin görülməsi;
    - İstifadəçilərin məmnunluğunun maksimum təmin edilməsi və istifadəçi tələbatının öyrənilməsi məqsədilə bu istiqamətdə müvafiq işlərin həyata keçirilməsi;
    - İstifadəçilərin statistik məhsulların çeşidlərinə və keyfiyyətinə dair tələb və istəklərinin qanunvericiliyin tələblərinə uyğun təmin edilməsi, bu məqsədlə müvafiq sorğuların keçirilməsi;
    - İnformasiya təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi və işlək vəziyyətdə saxlanılması üçün müvafiq tədbirlərin görülməsi;
    - KİS-in sənədlərinin tətbiqi vəziyyətinin nəzarətdə saxlanılması və uyğunsuzluqlar aşkar edildikdə müvafiq təshihedici tədbirlərin görülməsi;
    - Kütləvi informasiya vasitələri ilə əlaqələrin daha da genişləndirilməsi;
    - “Milli Statistika Sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsinin bütün komponentləri üzrə nəzərdə tutulmuş işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nail olunması.


kişisel blog online web dersleri
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim