Statistik nəşrlər haqqında
Dövlət Statistika Komitəsinin işinin vacib istiqamətlərindən biri statistika fəaliyyətinin nəticələrinin səmərəli yayılmasıdır.
Statistik məlumatların yayılması sahəsində siyasətin səmərəliliyi həm hazırlanan statistik məlumatların vaxtlı-vaxtında olması, həm də bu məlumatların nə dərəcədə reallığı əks etdirməsindən, onların dəqiqliyindən asılıdır. Bu baxımdan il ərzində statistik məlumatların hazırlanması və nəşr olunması qrafikinə uyğun olaraq Dövlət Statistika Komitəsi tərəfindən iqtisadiyyatın ayrı-ayrı sahələrini əks etdirən 31 adda statistik məcmuə və 50 adda statistik bülleten buraxılır. İstifadəçilərin işini asanlaşdırmaq məqsədilə məcmuələr hazır olduqdan sonra onların elektron variantı Komitənin veb səhifəsinin müvafiq bölməsində yerləşdirilir.
kişisel blog