Ticarət
Son yenilənmə: 08.07.2015
Azərbaycanın xarici ticarəti - Dövlət Statistika Komitəsi tərəfindən hazırlanmış statistik məcmuəyə Azərbaycan Respublikasının xarici ölkələrlə ticarət əlaqələrinə dair məlumatlar daxil edilmişdir. 2000-2014-cü illər üzrə məlumatlar əsasən Dövlət Gömrük Komitəsinin məlumatları əsasında hazırlanmışdır. Bununla yanaşı, xam neftin və təbii qazın ixracı barədə Dövlət Neft Şirkəti və ABƏŞ – in məlumatı nəzərə alınmaqla son illərin statistik qiymətləndirilmiş məlumatı da verilmişdir.
Humanitar yardım, texniki kömək və hədiyyələrə dair göstəricilər 2000-ci ildən etibarən idxal-ixrac əməliyyatlarına daxil edilmişdir.

Azərbaycanda ticarət - Statistik məcmuə 2010-2014-cü illərdə ticarət sahəsinin inkişafını xarakterizə edən əsas statistik göstəriciləri əhatə edir.
Məcmuə hüquqi şəxs statusuna malik iri, orta və kiçik müəssisələrin, fərdi sahibkarların rəsmi statistika hesabatı məlumatları əsasında, həmçinin bazar və yarmarkaların ticarət fəaliyyəti üzrə statistik müayinələrin nəticələri əsasında hazırlanmışdır.
Məcmuəyə pərakəndə və topdansatış əmtəə dövriyyəsinə və əmtəə ehtiyatlarına dair əsas göstəricilər daxil edilmişdir. Göstəricilər ölkənin ərazi bölgələri, mülkiyyət formaları, əmtəə növləri üzrə əks etdirilmişdir. Məcmuəyə ticarət göstəricilərinin real həcminin dəyişməsini təhlil etməyə imkan verən əmtəə növləri, mülkiyyət formaları, ərazi bölgələri üzrə hesablanmış fiziki həcm indeksləri daxil edilmişdir.

Şərti işarələr:
« - » hadisə mövcud deyil
« ... » statistik məlumat yoxdur
« 0.0 » hadisə baş vermişdir, lakin onun qiyməti uyğun ölçü vahidindən kiçikdir
« * » qiymətləndirmə, hesablama