Ətraf mühitin mühafizəsi
Son yenilənmə: 16.05.2017
Bu bölmədə ətraf mühitin vəziyyətini, təbii resursların mövcudluğunu və onlardan istifadəni səciyyələndirən informasiya verilmişdir. Atmosfer havasının, su obyektlərinin, torpaq və meşə resurslarının qorunması, qoruq işi, toksiki tullantıların mövcudluğu və onlardan istifadə edilməsi, ayrı-ayrı faydalı qazıntıların hasilatı, ətraf mühitin qorunmasına çəkilən xərclər haqqında məlumatlar dərc olunmuşdur.
İnformasiya Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi statistika məlumatlarına, eləcə də fəaliyyəti təbiətdən istifadə, ekoloji nəzarət və ətraf mühitin qorunması ilə əlaqədar olan digər nazirlik və baş idarələrin məlumatlarına əsaslanır.
Bəzi məlumatlar ölkənin iqtisadi rayonları üzrə göstərilmişdir.

Şərti işarələr:
« - » hadisə mövcud deyil
« ... » statistik məlumat yoxdur
« 0,0 » hadisə baş vermişdir, lakin onun qiyməti uyğun ölçü vahidindən kiçikdir
kişisel blog