home envelope sitemap
logo
Son yenilənmə: 04.11.2016

Azərbaycanda kiçik sahibkarlıq

Rregionlar üzrə kiçik sahibkarlıq subyektləri

Məcmuə kiçik sahibkarlıq subyektlərinin fəaliyyətini, onların sahə və regionlar üzrə bölgüsünü əks etdirən, habelə hüquqi şəxslərlə yanaşı, kiçik sahibkarlıq subyekti hesab olunan fərdi sahibkarlar – fiziki şəxslərlə bağlı kompleks məlumatları əhatə edir. 2011 – 2015-ci illərdə kiçik sahibkarlıq subyektlərinin əsas makroiqtisadi göstəriciləri, ölkə iqtisadiyyatında payı, onların regionlar və fəaliyyət növləri üzrə bölgüsü, işçilərin sayı və əmək haqqı fondu, investisiya qoyuluşu haqqında əsas məlumatlar məcmuədə əhatə olunur.

Məlumatlardan rahat istifadəni, regionlar üzrə müqayisələrin aparılmasını asanlaşdırmaq üçün informasiyalar qruplaşdırılmışdır. Ayrı-ayrı göstəricilər fəaliyyət növləri, regionlar üzrə verilmiş, həmçinin hər bir region ayrılıqda göstərilməklə özündə əsas göstəriciləri birləşdirir. Pərakəndə ticarət dövriyyəsinə aid olan məlumatlar əlavə dəyər vergisi (ƏDV) daxil olmaqla verilmişdir.

“İqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının hədlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 20 aprel tarixli 57 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 215 nömrəli qərarına əsasən, 2015-ci il üzrə kiçik sahibkarlıq subyektlərinin qruplaşdırılması yenidən aparılmışdır.

Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 215 nömrəli qərarı ilə təsdiq edilmiş “İri, orta və kiçik sahibkar meyarları”na uyğun olaraq kiçik sahibkarlara işçilərinin orta siyahı sayı 25 nəfərədək, illik gəlirləri 200 min manatadək olan müəssisələr aid edilirlər.
Bəzi hallarda yekunla toplananların cəmi arasında yaranan cüzi fərq rəqəmlərin yuvarlaqlaşdırılması ilə izah olunur.
Şərti işarələr:
« 0.0 » rəqəm istifadə olunan vahiddən kiçikdir
« - » hadisə baş verməmişdir
« ... » məlumat əldə edilməmişdir
kişisel blog online web dersleri
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim