home envelope sitemap
logo
Son yenilənmə: 20.06.2017

Qiymət indeksləri

İstehlak qiymətləri indeksi - onlayn kalkulyator

Nəşrin elektron versiyası

Bülleten N 5, 2017-ci il

Qiymət - bazar konyunkturasının mühüm göstəricisi olaraq, tələb və təklifə təsir göstərən iqtisadi alətdir. O, istehsalın səmərəliliyinin idarə olunmasına və gəlirlərin əldə edilməsinə təsir edən xüsusi amillərdən biri olmaqla əmtəənin (xidmətin) pula dəyişdirilməsinin ekvivalentidir.

Qiymət dəyişiklikləri iqtisadi, sosial və siyasi proseslərə xeyli dərəcədə təsir edir. Buna görə də, qiymətlər haqqında məlumat, onların dəyişmə meylləri və qanunauyğunluqlarının təhlili həm istehlakçı və istehsalçılar, həm də ümumilikdə bütün cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edir.

Bazar iqtisadiyyatı şəraitində qiymətlər müxtəlif əlamətlər üzrə təsnifatlaşdırılır.

"Azərbaycanda qiymətlər" məcmuəsində istehlak mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin orta illik qiymətləri, sənaye, kənd təsərrüfatı, balıqçılıq və meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin səviyyəsi və dinamikası, istehlak bazarında, nəqliyyat, poçt və telekommunikasiya tariflərinin, tikinti-quraşdırma işlərinin, həmçinin idxal və ixrac olunan malların qiymətlərinin səviyyəsi və dinamikası, eləcə də istehlak qiymətləri indeksinin beynəlxalq müqayisələri haqqında məlumatlar öz əksini tapır.

Şərti işarələrin izahı:
« - » hadisə mövcud deyil
« * » qiymətləndirmə, hesablama
« ... » statistik məlumat yoxdur
« 0.0 » hadisə baş vermişdir, lakin onun qiyməti uyğun ölçü vahidindən kiçikdir

kişisel blog
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim