home envelope sitemap
logo
Son yenilənmə: 11.07.2017
14-29 yaşlı gənclərin cins və yaş qrupları üzrə bölgüsü 14-29 yaşlı gənclərin cins bölgüsündə milli tərkibi Reproduktiv yaşda olan qadınların sayı Əhalinin təkrar istehsalının əmsalları və doğum zamanı ananın orta yaşı Doğumun yaş əmsalları Doğulan uşaqların sayına görə 15-29 yaşda olan qadınların sayı 20 yaşadək qadınlar tərəfindən doğulan uşaqların sayı 15-29 yaşlı gənc qadınlar tərəfindən diri doğulan uşaqlar 2016-cı ildə 15-29 yaşlı gənc qadınlar tərəfindən diri doğulan uşaqların doğumun ardıcıllığına görə bölgüsü Rəsmi qeydə alınmış nikahda olan 15-29 yaşlı gənc qadınlar tərəfindən diri doğulan uşaqlarının sayı 2016-cı ildə rəsmi qeydə alınmış nikahda olan 15-29 yaşlı gənc qadınlar tərəfindən diri doğulan uşaqların doğum ardıcıllığına görə bölgüsü Rəsmi qeydə alınmamış nikahda olan 15-29 yaşlı gənc qadınlar tərəfindən diri doğulan uşaqların sayı 2016-cı ildə rəsmi qeydə alınmamış nikahda olan 15-29 yaşlı gənc qadınlar tərəfindən diri doğulan uşaqların doğum ardıcıllığına görə bölgüsü Rəsmi qeydə alınmamış nikahda olan 15-29 yaşlı gənc qadınlar tərəfindən diri doğulan uşaqlarının sayı Gözlənilən ömür uzunluğu 15-29 yaşda ölənlərin cins və yaş qrupları üzrə bölgüsü 15-29 yaşda ölənlərin cins və yaş qrupları üzrə ölüm əmsalları Səbəblər üzrə 15-29 yaşda ölənlərin cins bölgüsündə sayı Rəsmi qeydə alınmış nikaha daxil olan əhalinin orta yaşı 15-29 yaşlı bəy və gəlinin nikaha daxil olma yaşlarına görə nikahların sayı 15-29 yaşlı əhalinin nikah vəziyyətinə görə sayı 2016-cı ildə cins, yaş və əvvəlki nikah vəziyyətinə görə nikahların sayı 15-29 yaşlı boşanmış gənclərin cins və yaş qrupları üzrə bölgüsü 2016-cı ildə 15-29 yaşlı boşanmış gənclərin yaş qruplarına və nikahlarının davametmə müddətinə görə bölgüsü Şəhər və rayonlar üzrə 14-29 yaşlı gənclərin sayı Şəhər və rayonlar üzrə 14-29 yaşlı gənclərin ümumi əhalidə xüsusi çəkisi 2016-cı ilin əvvəlinə şəhər və rayonlar üzrə 14-29 yaşda olan əhalinin cins üzrə bölgüsü 15-29 yaşlı əhalinin gəlir mənbələri üzrə bölgüsü Metodoloji izahlar
Nəşrlərin elektron versiyası
Ölkə əhalisinin 28,1 faizini təşkil edən gənclər dövlətin qayğısını daim hiss edir. 2002-ci ildə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, 2005-ci və 2011-ci illərdə “Azərbaycan gəncliyi Dövlət Proqram”ları təsdiq edilmiş, Gənclərin ümumrespublika forumları keçirilmiş, 2007-ci il Gənclər ili elan edilmişdir. Gənclər siyasətinin həyata keçirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait ildən ilə artır.
Azərbaycan Respublikasının “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” 5 may 2007-ci il tarixli Qanununa əsasən Azərbaycanda gənclər 14–29 yaşlarında hesab edilir.
Gənclərin problemlərinin ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu, milli siyasətin prioritet məsələlərindən birinə çevrildiyini nəzərə alaraq və gənclər haqqında müvafiq qurumları və ictimaiyyəti statistik məlumatlarla təmin etmək məqsədi ilə Dövlət Statistika Komitəsi mütəmadi olaraq “Azərbaycan gəncləri” adlı statistik məcmuə hazırlayır və nəşr edir.
“Azərbaycan gəncləri – 2015” adlı statistik məcmuə aşağıdakı bölmələrdən ibarətdir: “Demoqrafik göstəricilər”, “Sağlamlığın qorunması”, “Təhsil və elm”, “Məşğulluq və işsizlik”, “Asudə vaxt”, “Gənc ailələrdən ibarət olan ev təsərrüfatları, gənclərin miqrasiyası və gün ərzində orta vaxt sərfi” və “Hüquqpozmalar”.

"Demoqrafik göstəricilər" bölməsində gənclərin cins və yaş qrupları üzrə bölgüsü, cins üzrə milli tərkibi, əhalinin təkrar istehsalının və doğumun yaş əmsalları, anaların yaşına görə diri doğulanlar, anaların yaşı və doğum ardıcıllığına görə diri doğulan uşaqlarının sayı, rəsmi qeydə alınmış və alınmamış nikahda olan qadınların yaş qruplarına görə diri doğulan uşaqlarının sayı, gözlənilən ömür uzunluğu, həmçinin ölənlərin cins və yaş qrupları üzrə bölgüsü, nikahlar, boşanmalar və s. haqqında məlumat verilir.
“Sağlamlığın qorunması” bölməsində gənclərin əsas xəstəlik sinifləri üzrə xəstələnməsi, onların cins və yaş qrupları üzrə bədxassəli şişlərlə, aktiv vərəmlə, zöhrəvi xəstəliklərlə, alkoqolizm, narkomaniya və toksikomaniya ilə xəstələnməsi, abortların yaş qrupları üzrə bölgüsü, ilk dəfə əlil hesab olunmuş gənclərin əsas xəstəliklər üzrə bölgüsü, idman qurğuları, Azərbaycan idmançıları tərəfindən qazanılmış medallar, idman seksiyalarında ayrı-ayrı idman növləri ilə məşğul olanlara dair məlumat verilir.
“Təhsil və elm” bölməsində əhalinin təhsil səviyyəsi, orta ixtisas və ali təhsil müəssisələrində tələbələrin sayı, doktorantların sayı və elmi müəssisələrdə tədqiqatçıların sayı haqqında məlumat verilir.
“Məşğulluq və işsizlik” bölməsində əhalinin iqtisadi fəallığına dair statistik müayinələrin məlumatlarına əsasən iqtisadi fəal və iqtisadi qeyri-fəal əhali, məşğul və işsiz əhalinin cins, təhsil səviyyəsi və yaş qrupları üzrə bölgüsü, iqtisadi qeyri-fəal əhalinin cins və yaş qrupları üzrə bölgüsü, Məşğulluq Xidmətləri tərəfindən işə düzəldilmiş və işsiz statusu verilmiş əhalinin sayı haqqında məlumat verilir.
“Asudə vaxt” bölməsində kütləvi kitabxanaların və konsert müəssisələrinin işinin əsas göstəriciləri, muzeylərin, klub tipli mədəniyyət müəssisələrinin, peşəkar teatrların, mədəniyyət və istirahət parklarının sayı, filmlərin mənşəyi və istehsal olunduğu ölkələr üzrə bölgüsü, asudə vaxt obyektlərinə gələnlərin sayı və s. haqqında məlumat verilir.
“Gənc ailələrdən ibarət olan ev təsərrüfatları, gənclərin miqrasiyası və gün ərzində orta vaxt sərfi” bölməsində ölkənin regionları üzrə 30 yaşadək ər–arvaddan ibarət olan ev təsərrüfatlarının sayı, ev təsərrüfatı başçısının yaşı 30-a qədər olan ev təsərrüfatlarında istehlak xərcləri, uzun müddət istifadə olunan əşyaların mövcudluğu, mülkiyyət növünə, yaşayış evlərinin tipinə və otaqların sayına görə bölgüsü, daimi yaşamaq üçün Azərbaycana xarici ölkələrdən gələn gənclər və daimi yaşamaq üçün xarici ölkələrə gedənlər, ölkədən gedənlərin və Azərbaycana gələnlərin miqrasiyanın məqsədləri üzrə bölgüsü, eləcə də gənclərin gün ərzində orta vaxt sərfi haqqında məlumat verilir.
“Hüquqpozmalar” bölməsində cinayətin fəsilləri və növləri üzrə, narkotik vasitələr və güclü təsiredici maddələrlə bağlı cinayət törətmiş 14–29 yaşlı gənclərin sayı haqqında məlumatlar öz əksini tapmışdır.

Şərti işarələr:
« - » məlumatlar yoxdur;
« ... » məlumatlar işlənilməmişdir;
« 0.0 » məlumat istifadə olunan uyğun ölçü vahidindən olduqca kiçikdir.
kişisel blog online web dersleri
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim