AZ    EN
logo

Birinci instansiya məhkəmələrində baxılmış inzibati xətalara dair işlər haqqında

03.05.2024, 12:00

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, 2023-cü ildə birinci instansiya məhkəmələrində inzibati xətalara dair 110,7 min işə baxılmışdır ki, bu da 2022-ci ilin göstəricisindən 18,1 faiz çoxdur. Onların 70,5 faizi idarəçilik qaydaları, 4,5 faizi ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə, 4,3 faizi yol hərəkəti qaydaları, 2,8 faizi hərbi xidmət əleyhinə, 2,7 faizi faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 2,1 faizi mülkiyyət əleyhinə, 1,9 faizi sağlamlıq əleyhinə, 11,2 faizi isə digər inzibati xətalarla bağlı olmuşdur.       

2023-cü ildə baxılmış işlərin 44,7 faizi üzrə inzibati məsuliyyət tədbiri tətbiq edilmiş, 45,1 faizinin icraatına xitam verilmiş, 10,2 faizi üzrə işlərə dair materiallar əlavə yoxlanış üçün qaytarılmış və ya aidiyyəti üzrə göndərilmişdir.

İnzibati məsuliyyət tədbiri tətbiq edilməsi haqqında qərarlara əsasən məsuliyyətə cəlb edilmiş şəxslərin sayı əvvəlki illə müqayisədə 2,5 faiz azalaraq 49,5 min nəfər olmuşdur. İnzibati məsuliyyətə cəlb edilmiş şəxslərin 40,5 faizinə fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, 38,7 faizinə inzibati cərimə, 19,1 faizinə inzibati həbs, 1,2 faizinə ictimai işlər, 0,5 faizinə isə digər tənbeh növləri tətbiq edilmişdir.

Əlaqə telefonu: 377-10-70 (22-25)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim