AZ    EN
logo

Atmosfer havasına atılan zərərli maddələr haqqında

29.03.2024, 12:00

2023-cü ildə ölkədə stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2022-ci illə müqayisədə 34,5 min ton çoxalaraq ümumilikdə 965,1 min ton təşkil etmişdir ki, onun da 85,0 faizi və ya 820,8­­­ min tonu avtomobillərdən atılan tullantıların payına düşmüşdür. Avtomobillərdən atılmış zərərli maddələrin həcmi 6,3 faiz artmış, stasionar mənbələrdən atılmış maddələrin həcmi isə 8,9 faiz azalmışdır. Stasionar mənbələrdən atılan zərərli  tullantıların həcmi sənaye mərkəzlərindən olan Bakı şəhərində 21,1 min ton, Sumqayıt şəhərində 0,9 min ton azalmış, Mingəçevir şəhərində isə 0,2 min ton artmışdır.

Profilaktik tədbirlər nəticəsində ötən il stasionar mənbələrdə yaranan zərərli maddələrin 67,3 faizi təmizləyici qurğular vasitəsilə tutularaq zərərsizləşdirilmişdir. Atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması üçün sənaye müəssisələrində texnoloji proseslərin təkmilləşdirilməsi və mövcud təmizləyici qurğuların səmərəliliyinin artırılması nəticəsində hava hövzəsinə il ərzində 85,2 min ton zərərli maddələrin atılmasının qarşısı alınmışdır. Bütün mənbələrdən atmosferə atılmış zərərli tullantıların 61,5 faizini karbon oksidi, 21,3 faizini karbohidrogenlər, 13,4 faizini azot oksidi, 0,1 faizini kükürd anhidridi, qalan hissəsini isə digər çirkləndirici maddələr təşkil etmişdir. 

Əlaqə telefonu: (+994 12) 377 10 70 (22 24)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim