AZ    EN
logo

Arıçılıq məhsullarının istehsalı haqqında

14.03.2024, 12:00

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təşkil olunmuş statistik müşahidənin nəticələrinə görə 2023-cü ildə 30802 təsərrüfatda mövcud olan 597,3 min arı ailəsindən 4550,0 ton bal, 172,7 ton mum, 14,9 ton vərəmum, 8,9 ton güləm və 281,1 kq arı südü əldə olunmuşdur. Balın 1 kiloqramının orta satış qiyməti 25,8 manat, mumun - 15,9 manat, vərəmumun - 97,2 manat, güləmin - 132,7 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 6,0 manat olmuşdur.

 2022-ci illə müqayisədə 2023-cü ildə arı ailələrinin sayı 9,0 faiz, bal istehsalı 38,9 faiz, mum istehsalı 0,8 faiz, vərəmum istehsalı 22,0 faiz, güləm istehsalı 62,0 faiz, arı südü istehsalı 25,9 faiz, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 2,5 faiz azalmışdır. Arıçılıq məhsullarının istehsalındakı azalma havaların əlverişsiz keçməsi ilə əlaqədar olmuşdur.

  Əlaqə telefonu: 377 10 70 (22-40)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim