AZ    EN
logo

Meşəbərpa tədbirlərinin aparılması haqqında

13.02.2023, 12:00

Ölkədə meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası və təbii biosenozların yoxa çıxması təhlükəsinin qarşısının alınması və bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə 2022-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən 8524 hektar sahədə və ya əvvəlki illə müqayisədə 8,6 faiz az meşə fondu sahələrində meşəbərpa tədbirləri həyata keçirilmişdir. Görülmüş tədbirlər çərçivəsində 797 hektar sahədə meşə əkinləri, 565 hektar sahədə meşə səpinləri işləri aparılmış, 5 hektar sahədə meşə-bağlar, 7 hektar sahədə tez böyüyən ağac cinslərindən ibarət sənaye əhəmiyyətli plantasiyalar salınmış və 7150 hektar sahədə təbii bərpaya kömək göstərilmişdir. Ümumilikdə, xidmət göstərilmiş meşə əkinlərinin, səpinlərinin və meşə-bağlarının sahəsi 14830,3 hektar təşkil etmişdir.

Bundan başqa, toxmacar və cavan bitki şitilləri yetişdirmək məqsədilə 15,1 hektar sahəyə toxumlar səpilmiş, çilik kökləndirməsi məqsədilə 1,9 hektar sahəyə 112 min ədəd çilik basdırılmışdır.

2022-ci ildə meşə fondu sahələrindən 87,5 ton və ya əvvəlki illə müqayisədə 1,9 dəfə çox meyvə, meşə-ağac və kol cinslərinin toxumları tədarük edilmişdir ki, bunların da 2,0 tonu qoz, 0,6 tonu digər meyvə ağaclarının, 73,8 tonu palıd, 11,1 tonu isə digər meşə ağacları və kol cinsləri toxumlarının payına düşmüşdür.

Əlaqə telefonu: 012-377-10-70 (daxili 22-40)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim