home envelope sitemap
logo

E-sənəd dövriyyəsi sistemi

Siz artıq kağız daşıyıcılarda əldə etdiyiniz statistik məlumatları elektron vasitələrlə, həm də daha tez bir zamanda, yəni hazır olan kimi əldə edə biləcəksiniz !
(Bu imkanlardan hələlik dövlət idarəetmə organları istifadə edə bilərlər.)
Bunun üçün Siz Dövlət Statistika Komitəsinin artıq tətbiq etdiyi "Elektron Sənəd Dövriyyəsi" sisteminə qoşulmalısınız. Bu zaman Siz sistemin imkanlarından yalnız istifadəçi kimi bəhrələnəcəksiniz. Yəni, Dövlət Statistika Komitəsindən Sizə ünvanlanan və ya Sizin Dövlət Statistika Komitəsinə ünvanladığınız bütün sənədlər və məlumatlar sistem vasitəsi ilə çatdırılacaqdır.
Sistemə qoşulmaq üçün Siz Dovlət Statistika Komitəsinə hsevinj[at]azstat[dot]org elektron poçt ünvanına müraciət edərək xüsusi adparol əldə edirsiniz.
Xüsusi ad və parol əldə etdikdən sonra "Elektron Sənəd Dövriyyəsi" sisteminin uzaqdan qoşulan istifadəçiləri üçün proqramın yüklənməsi üzrə təlimata uyğun olaraq aşağıdakı sazlamaları yerinə yetirirsiniz.

1. WindowsInstaller proqramının yüklənməsi. Yüklə
2. Windows.NET Framework v3.5 (Service Pack 1) proqramının yüklənməsi.
Bu proqramlar Sizin əməliyyat sisteminizdə olmalıdır. Əgər yoxdursa, onda həmin proqramları bizim Veb səhifədən öz sisteminizə yükləyin.
Yüklə
3. "Elektron Sənəd Dövriyyəsi" sistemi üzrə proqramın müştəri hissəsinin yüklənməsi. Yüklə
Sonrakı mərhələdə "Elektron Sənəd Dövriyyəsi" sistemi ilə işləmək üçün aşagıdakı təlimatlarlardan istifadə edə bilərsiniz.

"Elektron Sənəd Dövriyyəsi" sisteminin uzaqdan qoşulan istifadəçiləri üçün proqramın yüklənməsi üzrə təlimat
"Elektron Sənəd Dövriyyəsi" sistemi istifadəçiləri üçün təlimat (kitab)

Əgər sistemi öz təşkilatınızın sənəd dövriyyəsi üçün tətbiq etmək istəsəniz hsevinj[at]azstat[dot]org elektron poçt ünvanına müraciət edərək sizi maraqlandıran bütün suallara cavab ala bilərsiniz.
kişisel blog online web dersleri
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim