2010-cu ilin iyun ayında kənd təsərrüfatında istehsalçı qiymətlərinin dəyişməsi
13.07.2010
İyun ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,2 faiz ucuzlaşmışdır. Ay ərzində bitkiçilik, bostan və bağçılıq məhsullarının qiymətləri 0,3 faiz ucuzlaşmış, diri mal-qara və heyvandarlıq məhsullarının qiymətləri isə əvvəlki ayla müqayisədə eyni səviyyədə qalmışdır.
Bitkiçilik, bostan və bağçılıq məhsullarından turuncu meyvələrin istehsalçı qiymətləri 12,2 faiz, sitrus meyvələrinin 5,4 faiz, zeytun və qoz-fındığın qiymətləri 0,1 faiz bahalaşmış, dənli bitkilərin 0,6 faiz, kökümeyvəli və köküyumruluların 1,5 faiz, tərəvəz məhsullarının 1,1 faiz, digər qruplara daxil edilməyən sair tərəvəzlərin qiymətləri isə 7,2 faiz ucuzlaşmışdır.
Diri mal-qara və heyvandarlıq məhsullarından diri iribuynuzlu qaramalın istehsalçı qiymətləri 1,0 faiz, mal ətinin (diri çəkidə) 8,7 faiz, diri qoyunların 0,6 faiz, mal-qara yunu və tükünün 0,9 faiz, quş ətinin (diri çəkidə) 0,2 faiz, yumurtanın qiymətləri 2,6 faiz bahalaşmış, iribuynuzlu qaramaldan alınan südün 6,1 faiz, qoyun və keçi südünün 2,8 faiz, qoyun ətinin (diri çəkidə) 1,7 faiz, diri quşların qiymətlərində isə 6,6 faiz ucuzlaşma müşahidə olunmuşdur.