AZ    EN
logo

Birləşmiş Vyana İnstitutunda “Milli hesablar sistemi və onun digər makroiqtisadi sistemlərlə əlaqəsi” mövzusunda kurs keçirilmişdir

04.10.2013

Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin aparıcı məsləhətçisi Alidə Alpaşayeva Beynəlxalq Valyuta Fondunun (BVF) Statistika Departamenti və BVF-in Potensialın İnkişafı İnstitutunun 9-20 sentyabr 2013-ci il tarixində Birləşmiş Vyana İnstitutunda (BVİ) Milli hesablar sistemi və onun digər makroiqtisadi sistemlərlə əlaqəsinə dair təşkil etdikləri iki həftəlik kursda iştirak etmişdir. BVF-nin Dövlət Maliyyəsi Statistikası Departamentinin rəis müavini cənab Robert Dippelsman, Tədiyyə Balansı söbəsinin baş iqtisadçısı cənab Xose Karlos Moreno və ekspert xanım Anna Harrisonun rəhbərlik etdiyi kurs MDB və Şərqi Avropa ölkələri milli statistika orqanlarının mütəxəssisləri üçün nəzərdə tutulmuş və tədbirdə 15 ölkənin statistika qurumları, mərkəzi bank və maliyyə nazirliklərindən 29 nümayəndə iştirak edirdi. Kurs Milli hesablar sistemi ilə xarici əlaqələr sektoru statistikası, dövlət maliyyəsi statistikası, pul-kredit və maliyyə statistikası arasındakı əlaqələrə həsr olunmuşdur.
Kursun əsas məqsədi MHS-2008 konsepsiyası əsasında Milli hesablar statistikasının göstəricilərinin beynəlxalq standartlarına dair iştirakçıların biliklərinin artırılması və Milli hesablar sisteminin Mərkəzi bank və Dövlət maliyyəsi statistikasının göstəriciləri ilə əlaqələri barədə nəzəri və təcrübi məlumatlarla iştirakçıları tanış etmək, ölkələrin qarşılaşdıqları problemlər və digər məsələlərlə bağlı müzakirələr aparmaq olmuşdur.
Kursun proqramı mühazirələr, praktiki məşğələlər və aktual suallara həsr olunmuş müzakirələr formasında təşkil edilmişdir.
Kursun sonunda inteqrasiya və təhlil, məlumatların yayılması vasitələri və standartları sistemi barədə məlumat verilmişdir. Dövlət maliyyəsi statistikasının, Tədiyyə balansı və pul-kredit və maliyyə statistikasının göstəricilərinin məlumat bazaları nümayiş etdirilmiş və onların MHS-nə inteqrasiyası barədə danışılmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim