AZ    EN
logo

Dövlət Statistika Komitəsinin nümayəndəsi CESD-in “Azərbaycanda qeyri-hidrokarbon sektorunun təsnifatı” mövzusunda apardığı tədqiqatın nəticələrinə dair keçirilmiş təqdimatda iştirak etmişdir

06.08.2013

2013-cü il 06 avqust tarixində Park Inn mehmanxanasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstək verdiyi ölkə iqtisadiyyatının şaxələndirilməsi üzrə proqram çərçivəsində İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) “Azərbaycanda qeyri-hidrokarbon sektorunun təsnifatı” mövzusunda apardığı tədqiqatın nəticələrinə dair təqdimat keçirilmişdir. Təqdimat mərasimində Dövlət Statistika Komitəsinin Sənaye və tikinti statistikası şöbəsi müdirinin müavini Əlili Elnur iştirak etmişdir. Tədbirdə tədqiqatın məqsədləri, dünyada mövcud iqtisadi təsnifat sistemləri, iqtisadi sektorların, eləcə də, qeyri-neft sektorunun təsnif edilməsi, ölçülməsi və s. istiqamətlərdə məlumat verilmişdir.Təqdimatdan sonra tədbir diskusiya şəklində davam etdirilmişdir. Tədbirdə iştirak edən qonaqlar “Azərbaycan 2020: gələcəyə baxış“ İnkişaf Konsepsiyasında nəzərdə tutulmuş hədəflərdən biri kimi qeyri-neft sektorunun inkişaf etdirilməsinin əsas istiqamətlərinə, eləcə də, dünyada mövcud iqtisadi təsnifat sistemlərinə dair fikirlərini bildirmişlər.
Aparılmış tədqiqatın nəticələrinin azərbaycan dilinə tərcüməsi başa çatdırıldıqdan sonra, rəylərin bildirilməsi üçün dövlət və bir sıra qeyri-dövlət orqanlarına göndərilməsi nəzərdə tutulmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim