AZ    EN
logo

Əmək bazarına dair göstəricilərin beynəlxalq standartlara uyğun hesablanması və onların təhlili” mövzusu üzrə keçirilmiş seminar haqqında

20.05.2013

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin “2013-cü il üçün metodoloji və məlumat istifadəçiləri ilə iş planı”na uyğun olaraq, Aparatın Əmək statistikası şöbəsi tərəfindən “Əmək bazarına dair göstəricilərin beynəlxalq standartlara uyğun hesablanması və onların təhlili” mövzusunda 2013-cü il may ayının 17-də, saat 11:00-da Dövlət Statistika Komitəsinin inzibati binasında seminar keçirilmişdir. Seminarda iştirak ilə bağlı öncədən müvafiq təşkilatlara, o cümlədən beynəlxalq təşkilatların nümayəndələrinə rəsmi məktub göndərilmiş, eyni zamanda rəsmi statistik məlumatların digər istifadəçilərini məlumatlandırmaq məqsədilə Dövlət Statistika Komitəsinin internet səhifəsinə elan yerləşdirilmişdir.
Rəsmi statistik məlumatların istifadəçilərinin iştirak etdiyi seminarda Əmək statistikası şöbəsi müdirinin müavini Nemət Xuduzadə Əmək bazarına dair göstəricilərin beynəlxalq standartlara uyğun hesablanması və son 10 ildə ölkədə əmək bazarının vəziyyəti haqqında, o cümlədən ölkədə aparılan iqtisadi islahatlar nəticəsində əvvəlki dövrlərlə müqayisədə orta aylıq əmək haqqının, iqtisadi fəal və məşğul əhalinin mütəmadi olaraq artımı, işsizlik səviyyəsinin azalması ilə bağlı iştirakçılara geniş məlumat vermiş və 2012-ci ilin yekunları, 2013-cü ilin I rübü üzrə ölkədə əmək bazarının vəziyyəti haqqında məruzə ilə çıxış etmişdir. Çıxışdan sonra müzakirələr aparılmış və iştirakçıların sualları cavablandırılmışdır. Eyni zamanda, seminar iştirakçıları 2003-2012-ci illər üzrə əmək bazarının əsas göstəricilərindən ibarət tərtib olunmuş materiallar ilə təmin olunmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim