AZ    EN
logo

İdxal - ixrac əməliyyatları haqqında

13.07.2011


2011-ci ilin yanvar-may aylarında ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 131 xarici dövlətlə 14,1 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları aparmışlar. Əmtəə mübadiləsinin 2,5 milyard dolları MDB üzvü dövlətləri, 11,6 milyard dolları digər ölkələrlə həyata keçirilmişdir. 2010-cu ilin beş ayı ilə müqayisədə ölkə üzrə xarici ticarət dövriyyəsinin həcmi müqayisəli qiymətlərlə 9,9 faiz, o cümlədən MDB üzvü dövlətləri üzrə 46,6 faiz, digər dövlətlər üzrə isə 5,5 faiz çox olmuşdur. Xarici ticarət dövriyyəsinin 10,6 milyard dollarını Azərbaycandan ixrac olunmuş mallar, 3,5 milyard dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil etmiş, 7,1 milyard dollarlıq müsbət xarici ticarət saldosu yaranmışdır.
Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (80,6 faizi) İtaliya, Fransa, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Ukrayna, Türkiyə, Belarus, Malayziya, Hindistan, İsrail, Almaniya, Gürcüstan və Çin dövlətləri ilə aparılmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim