logo
2019-cu ilin yanvar ayında bütün maliyyə mənbələrindən əsas kapitala 868,7 milyon manat vəsait yönəldilmişdir Ölkə əhalisinin sayı 2019-cu il yanvar ayının 1-i vəziyyətinə 9981457 nəfərə olmuşdur. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar ayında 3,8 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2019-cu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 2,9 milyard manata bərabər olmuşdur. 2018-ci ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 544,1 manat olmuşdur. 2019-cu ilin yanvar ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin yanvar ayına nisbətən 1,7 faiz bahalaşmışdır. 2018-ci ildə ölkənin avtomobil yollarında 2017-ci illə müqayisədə 0,9 faiz az yol-nəqliyyat hadisəsi baş vermişdir. İstehsalçıların zəruri texnika ilə təchizatının yaxşılaşdırılması məqsədilə ötən il ölkəyə dövlət vəsaiti hesabına 6030 vahid kənd təsərrüfatı texnikası gətirilmişdir 2018-ci ildə Azərbaycana əvvəlki illə müqayisədə 5,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2018-ci ildə ötən illə müqayisədə 3,3 faiz çox yeni yaşayış evləri tikilib istifadəyə verilmişdir. 2018-ci ildə bütün maliyyə mənbələrindən əsas kapitala əvvəlki illə müqayisədə 4,4 faiz az vəsait yönəldilmişdir. 2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 182 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir 2018-ci ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilə nisbətən 2,3 faiz bahalaşmışdır 2019-cu ilin məhsulu üçün cari il dekabr ayının 1-i vəziyyətinə 891306,9 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. 2018-ci ilin yanvar-noyabr aylarında ölkənin ümumi daxili məhsulu 72432,1 milyon manat olmuşdur

Komitənin hüquqları

Dövlətstatkom öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
  • statistika sahəsinə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;
  • Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarından, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərdən (onların nümayəndəlik və filiallarından), Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən Azərbaycan Respublikasının hüquqi şəxslərindən və Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən xarici hüquqi şəxslərin nümayəndəliklərindən, filiallarından, həmçinin Azərbaycan Respublikasının vətəndaşlarından və fiziki şəxslərdən haqqı ödənilmədən, qanunvericilik aktlarına uyğun olaraq, Dövlətstatkom tərəfindən müəyyən edilmiş qaydada, həcmdə və müddətlərdə dolğun və etibarlı statistik məlumatları almaq;
  • statistika sahəsi üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;
  • qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
  • məlumatların təhrif edilməsi halları aşkar edildiyi zaman hesabatlarda düzəlişlər etmək, bu düzəlişlərin ilkin statistika və mühasibat uçotunda və digər əlaqədar sənədlərdə əks etdirilməsi üçün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər tərəfindən yerinə yetirilməsi məcburi olan tapşırıqlar vermək, bu məsələ ilə bağlı onlardan zəruri məlumatlar və arayışlar tələb etmək;
  • statistik hesabat formalarının təsdiq edilməsi və təkmilləşdirilməsi üzrə işləri əlaqələndirmək, rəsmi statistika hesabat formalarını işləyib hazırlamaq, onların toplanması müddətlərini və qaydalarını (ətraf mühitin mühafizəsi sahəsində və əməyin mühafizəsi üzrə rəsmi statistikanın aparılması qaydaları istisna olmaqla) müəyyənləşdirmək, əhəmiyyətini itirmiş rəsmi statistika hesabatlarını ləğv etmək;
  • bağlanmış müqavilələr əsasında, haqqı dövlət büdcəsinə ödənilməklə hüquqi və fiziki şəxslərə statistik işlər haqqında proqrama daxil olmayan statistik xidmətlər göstərmək;
  • hazırlanmış statistik materialların (külliyyatların) və statistik işlər haqqında proqramda nəzərdə tutulmayan əlavə məlumatların icra hakimiyyəti, qanunvericilik və məhkəmə orqanları, kütləvi informasiya vasitələri istisna olmaqla, istifadəçilərə müəyyən olunmuş qaydada və haqqı dövlət büdcəsinə ödənilməklə satışını təşkil etmək;
  • hüquqi şəxslərin (onların nümayəndəlik və filialları) və fərdi sahibkarların dövlət reyestrini aparan mərkəzi icra hakimiyyəti (Vergilər Nazirliyi – red) orqanlarından statistik vahidlərin dövlət registrinin tərtib edilməsi və aparılması üçün zəruri olan məlumatları almaq;
  • Azərbaycan Respublikasının sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyətinin nəticələrinə dair məlumatları dərc etdirmək, statistika sahəsində metodoloji məsələləri həll etmək, fəaliyyət istiqamətlərinə uyğun rəy və təkliflər vermək;
  • statistika sahəsində işlərin yerinə yetirilməsi üçün məlumatın alınması mənbəyini və metodunu seçmək, onun yayılması formasını və vaxtını müəyyən etmək;
  • müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
  • bağlanmış müqavilə əsasında, müvafiq icra hakimiyyəti orqanlarının məlumat bazasındakı statistik məlumatdan istifadə etmək;
  • səlahiyyətlərinə uyğun olaraq, statistika işlərinin təşkili sahəsində hüquqi və fiziki şəxslər tərəfindən icra olunmalı qərarlar qəbul etmək;
  • öz səlahiyyətləri daxilində statistik məlumatların verilməsi qaydalarını pozan və statistika sirrini yayan şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati tənbeh tədbirləri tətbiq etmək;
  • Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim