AZ    EN
logo

“Ümumdünya Statistika Günü” Azərbaycanda təntənəli şəkildə qeyd edilib

BMT Baş Assambleyasının 2015-ci il 3 iyun tarixli, 69/282 nömrəli Qətnaməsinə uyğun olaraq Azərbaycan Respublikasında Ümumdünya Statistika Günü təntənəli şəkildə qeyd olunub.

Dövlət Statistika Komitəsi Ümumdünya statistika gününün yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədilə silsilə tədbirlər həyata keçirir.

BMT Baş Assambleyasının 2015-ci il 3 iyun tarixli, 69/282 nömrəli Qətnaməsinə uyğun olaraq Azərbaycan Respublikasında Ümumdünya Statistika Günü təntənəli şəkildə qeyd olunub.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Ümumdünya Statistika Gününün yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədilə silsilə tədbirlər həyata keçirib.

Ümumdünya Statistika Günü ərəfəsində 24-26 sentyabr tarixlərində Bakı şəhərində “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumu keçirilib https://stat.gov.az/news/index.php?lang=az&id=6451. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Forum iştirakçılarına müraciət ünvanlamış https://president.az/az/articles/view/70170, Ümumdünya Statistika Günü münasibətilə statistikləri təbrik etmişdir. Ölkə başçısı müraciətində statistikanın əhəmiyyətinin ildən-ilə artaraq cəmiyyətin tərəqqisini, dövlət siyasətinin effektivliyini və qlobal çağırışlara cavabvermə qabiliyyətini qiymətləndirmək üçün mühüm vasitələrdən birinə çevrildiyini vurğulamış, Azərbaycanda milli statistika sisteminin ardıcıl şəkildə inkişaf etdirildiyini, rəsmi statistik məlumatların beynəlxalq standartlara uyğun, innovativ yanaşmalar əsasında istehsalının daim diqqət mərkəzində saxlanıldığını bildirmişdir.

Həyata keçirilən tədbirlərin davamı olaraq yuxarı sinif şagirdləri və ali məktəb tələbələri arasında statistik olimpiada keçirilib və qaliblər mükafatlandırılıb https://stat.gov.az/news/index.php?lang=az&id=6492.

Bundan əlavə mediada Dövlət Statistika Komitəsi və yerli statistika orqanları əməkdaşlarının məqalələri nəşr olunub, həmçinin mətbuat konfransı keçirilib https://stat.gov.az/news/index.php?lang=az&id=649.

Ümumdünya Statistika Gününün əhəmiyyəti nəzərə alınaraq, müvafiq tədbirlər ölkə paytaxtı ilə yanaşı, bütün regionlarda da keçirilib.

Statistika elminin nailiyyətlərinin, iqtisadi-statistik təhlillərin, mühüm statistik göstəricilərin və onların hesablanma metodologiyalarının, statistikaya dair beynəlxalq aləmdə baş verən yeniliklərin geniş ictimaiyyətə çatdırılması məqsədilə təsis edilmiş “Statistika xəbərləri” elmi-praktiki jurnalının Ümumdünya Statistika Gününə həsr olunmuş xüsusi buraxılışı nəşr olunub http://etsim.azstat.gov.az/upload/File/publication/11-2025/publication-59-file_az.pdf. “Statistika xəbərləri” elmi-praktik jurnalının Ümumdünya Statistika Gününə həsr olunmuş xüsusi buraxılışında BMT-nin Statistika Şöbəsinin direktoru, MDB Dövlətlərarası Statistika Komitəsinin sədri, Bolqarıstan, Koreya Respublikası, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkiyənin statistika qurumlarının rəhbərləri tərəfindən Azərbaycan statistiklərinə Ümumdünya Statistika Günü ilə bağlı ünvanlanmış təbriklər, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin, Dövlət Gömrük Komitəsinin və Mərkəzi Bankın sədrlərinin, Qazaxıstan, Gürcüstan, Serbiya, Macarıstan, Belarus və Türkiyə milli statistika qurumlarının rəhbərlərinin və yüksək vəzifəli əməkdaşlarının, eləcə də ölkənin tanınmış elm adamlarının statistikanın aktual məsələlərinə həsr olunmuş məqalələri əksini tapmışdır.

Tədbirlər barədə ictimaiyyətin məlumatlandırılması üçün Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində Ümumdünya Statistika Günü ilə əlaqədar xüsusi olaraq yaradılmış bölmədə müvafiq materialların yerləşdirilməsi təmin olunub

Ümumdünya Statistika Günü ilə əlaqədar tədbirlər

Ümumdünya Statistika Günü ilə əlaqədar məqalələr


un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim