AZ    EN
logo
2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 720,3 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında ölkədə 1145 yol-nəqliyyat hadisəsi baş vermişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 29865,6 min ton olmuşdur. 2020-ci ilin yanvar-oktyabr aylarında ölkədə 58469,5 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. 2020-ci ilin yanvar-sentyabr aylarında dünyanın 178 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirilmişdir 2020-ci il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1681,6 min nəfər olmuşdur 2020-ci ilin yanvar-oktyabr aylarında əsas kapitala 11540,2 milyon manat məbləğində vəsait yönəldilmişdir 2020-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 31663,2 milyon manatlıq malı satılmışdır. 2020-ci ilin yanvar-oktyabr aylarında 30,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir Cari ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 102,9 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir 2020-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,4 min nəfər olmuşdur. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.
"Təsdiq edirəm"
Azərbaycan Respublikasının
Dövlət Statistika Komitəsinin
sədri A.Vəliyev
"30" aprel 2007-ci il

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin
elmi-metodoloji şurası haqqında
Ə S A S N A M Ə

I. Ümumi müddəalar

1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2005-ci il tarixli, 323 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamə"yə uyğun olaraq Dövlət Statistika Komitəsinin 30 aprel 2007-ci il tarixli /t nömrəli əmri ilə yaradılmış elmi-metodoloji şuranın (bundan sonra - şura) əsas vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.
1.2. Şura statistika sahəsində elmi-metoloji nailiyyətlərin, qabaqcıl dünya ölkələrinin təcrübəsinin öyrənilməsi və onların Azərbaycanda tətbiqi, həmçinin rəsmi statistika sahəsində Dövlət Statistika Komitəsinin həyata keçirdiyi siyasətə müvafiq olaraq beynəlxalq statistika təcrübəsində qəbul edilmiş standartların, metodologiyanın tətbiq edilməsi, rəsmi statistika sistemində yeni statistika sahələrinin yaradılması, mövcud statistika sahələrinin islahatı və təkmilləşdirilməsinə dair statistik metodologiya sahəsində öz səlahiyyətləri daxilində qərarların qəbul edilməsi üçün əsaslandırılmış təklif və tövsiyələrin hazırlanması məqsədilə yaradılmışdır və ictimai əsaslarla fəaliyyət göstərir.
1.3. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Dövlət Statistika Komitəsinin Əsasnaməsini, əmr, qərar və sərəncamlarını, digər normativ-hüquqi aktları, həmçinin bu Əsasnaməni rəhbər tutur.
1.4. Şura öz fəaliyyətini Dövlət Statistika Komitəsinin struktur bölmələri, Komitənin tabeliyində olan hüquqi şəxs statuslu qurumlar, elm və təhsil müəssisələri ilə qarşılıqlı əlaqədə qurur.

II. Şuranın əsas vəzifələri

2.    Şuranın əsas vəzifələri Dövlət Statistika Komitəsinin həyata keçirdiyi statistika siyasətinə müvafiq olaraq beynəlxalq statistika təcrübəsində qəbul edilmiş standartların, metodologiyanın tətbiq edilməsi, rəsmi statistika sistemində yeni statistika sahələrinin, rəsmi statistika hesabatı və statistika müşahidəsinin digər formalarının yaradılması, habelə mövcud statistika sahələrinin islahatı və onların ölkədə baş verən sosial-iqtisadi proseslərə uyğun təkmilləşdirilməsinə dair müzakirələrin aparılması, elmi-metodoloji və praktiki baxımdan əsaslandırılmış təkliflərin hazırlanması, öz səlahiyyətləri daxilində qərarların qəbul edilməsindən ibarətdir. Bu məqsədlə Şura:
2.1. milli statistik metodologiyanın beynəlxalq metodologiyaya uyğunlaşdırılması və onun daim təkmilləşdirilməsi sahəsində işləri əlaqələndirir;
2.2. rəsmi statistika hesabatı formalarının təkmilləşdirilməsi, onların sadələşdirilməsi və unifikasiyası, hesabat təqdim edən hüquqi və fiziki şəxslərin statistika yükünün tədricən azaldılması istiqamətində mütəmadi iş aparır;
2.3. Dövlət Statistika Komitəsinin şöbələri tərəfindən tətbiqi planlaşdırılan yeni statistika hesabatı formaları, həyata keçirilməsi nəzərdə tutulan statistik müayinə, sorğu, monitorinq, birdəfəlik uçot, habelə statistik müşahidənin digər növləri üzrə Şuraya təqdim edilən sənədlərə baxır, onların beynəlxalq konsepsiyalara, təsnifatlara və metodlara uyğunluğunu, tədbirin məqsədini, gözlənilən nəticələrin yenilik və yararlılıq dərəcəsini müəyyən edir;
2.4. mütərəqqi informasiya texnologiyalarının dövlət statistika orqanlarında tətbiqinə, habelə statistika hesabatlarının və göstəricilər sisteminin işlənməsinin proqram təminatı vasitələrinə dair təkliflərə baxaraq rəy verir;
2.5. elm və təhsil müəssisələrində statistika sahəsi üzrə yerinə yetirilən və rəy alınması üçün Komitəyə daxil olan elmi-tədqiqat işlərinə, referatlara və s. rəy, arayışlar verir;
2.6. zərurət olduqda Şura üzvlərinin, Dövlət Statistika Komitəsinin struktur bölmələri, tabeliyində olan qurumların təşəbbüsü ilə rəsmi statistikanın təşkili və fəaliyyəti ilə bağlı digər elmi-metodoloji məsələləri müzakirə edir;
2.7. Dövlət Statistika Komitəsi sədrinin, kollegiyasının göstərişi əsasında metodoloji xarakterli məsələləri müzakirə edərək tövsiyələr hazırlayır.

III. Şuranın hüquqları

3.    Şura öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
3.1. rəsmi statistikanın inkişafı və təkmilləşdirilməsi ilə bağlı Komitə sədrinə və kollegiyaya təkliflər vermək;
3.2. zəruri hallarda alimləri, yüksək ixtisaslı mütəxəssisləri Şurada baxılan məsələlərin müzakirəsinə cəlb etmək;
3.3. milli statistika sisteminin təkmilləşdirilməsi məqsədilə xarici ölkələrin statistika xidmətlərinin oxşar qurumları ilə əməkdaşlıq etmək;
3.4. Dövlət Statistika Komitəsinin kollegiyasının iclaslarında aktual məsələlərin müzakirəsinə dair təkliflər vermək.

IV. Şuranın fəaliyyətinin təşkili

4.1. Şura tək sayda üzvlərdən (sədr və sədrin müavini daxil olmaqla) ibarət tərkibdə fəaliyyət göstərir.
4.2. Şuranın sədri şuranın fəaliyyətinə rəhbərlik edir.
4.3. Şuranın sədri və üzvləri Dövlət Statistika Komitəsinin sədri tərəfindən təyin edilir.
4.4. Şuranın sədri şuranın işini kollegiallıq prinsipləri əsasında qurur.
4.5. Şuranın iclasları şuranın sədri tərəfindən təsdiq edilmiş iş planına uyğun olaraq ayda bir dəfədən az olmamaqla keçirilir. Zəruru hallarda növbədənkənar iclaslar da keçirilə bilər.
4.6. Elmi-metodoloji şuranın sədri:
- şuranın işini təşkil edir;
- şuranın qərarlarını təsdiq edir;
- şuranın üzvlərinin tərkibinə, habelə onların dəyişdirilməsinə dair təkliflər verir;
- səlahiyyətləri daxilində göstərişlər verir, onların icrası, habelə icraya nəzarətin həyata keçirilməsi üzrə tapşırıqlar verir;
- zəruri hallarda şuranın qərarlarını Dövlətstatkomun kollegiyasının müzakirəsinə təqdim edir.
4.7. Şura iclasları, şura üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.
4.8. Şura qərarları iclasda iştirak edən şura üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir, protokollarla rəsmiləşdirilir.
4.9. Şuranın iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həll edilməsi və kargüzarlıq işlərinin aparılması şuranın katibi tərəfindən həyata keçirilir.
4.10. Şuranın katibi aşağıdakı funksiyaları yerinə yetirir:
4.10.1. şuranın iclasından 2 gün əvvəl onun gündəliyi və tarixi haqqında məlumatları, şuranın müzakirəsinə çıxarılacaq məsələlər üzrə sənədlərin layihələrini (kağız və ya elektron formada) şura üzvlərinə çatdırır;
4.10.2. şura iclaslarında müzakirə olunan məsələlərə dair şura üzvlərindən daxil olan təklifləri toplayır, bu haqda şura sədrinə arayış təqdim edir;
4.10.3. şuranın iclaslarını, çıxışları, rəy və təklifləri protokollaşdırır və iclasın yekun sənədlərinin layihələrini şura sədrinə təqdim edir;
4.10.4. şuranın iclaslarında qəbul olunmuş qərarlar haqqında şura üzvlərini məlumatlandırır;
4.10.5. şura sədrinin göstərişi ilə digər funksiyaları həyata keçirir.
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim