AZ    EN
logo
2024-cü ilin iyul ayında istehlak qiymətləri indeksi 2023-cü ilin iyul ayına nisbətən 102,7 faiz təşkil etmişdir.2024-cü ilin yanvar-iyul aylarında əsas kapitala 9438,7 milyon manat məbləğində investisiya yönəldilmişdir.2024-cü ilin yanvar-iyul aylarında 37,3 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir2024-cü ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 22169,2 milyon ABŞ dolları təşkil etmişdir.2024-cü ilin yanvar-iyul aylarında pərakəndə ticarət dövriyyəsi 3,4 faiz artmışdır.2024-cü ilin yanvar-iyul aylarında ölkədə ÜDM istehsalı 4,5 faiz artmışdır.2024-cü ilin yanvar-iyun aylarında orta aylıq nominal əməkhaqqı 1002,8 manat təşkil etmişdir.2024-cü ilin yanvar-may aylarında ölkədə orta aylıq nominal əməkhaqqı 1003,3 manat olmuşdur.2024-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4 faiz artmışdır.2024-cü ilin yanvar-iyun aylarında ölkədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.2024-cü ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 18225,4 milyon ABŞ dolları təşkil etmişdir.2024-cü ilin yanvar-iyun aylarında 31,5 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir2024-cü ilin yanvar-iyun aylarında əsas kapitala 7984,8 milyon manat məbləğində investisiya yönəldilmişdir.2024-cü ilin iyun ayında istehlak qiymətləri indeksi 2023-cü ilin iyun ayına nisbətən 101,1 faiz təşkil etmişdir.2024-cü il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1749,7 min nəfər olmuşdur.2024-cü ilin yanvar-may aylarında 26,2 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir.2024-cü ilin yanvar-mart aylarında ölkədə orta aylıq nominal əməkhaqqı 985,3 manat olmuşdur.

Elektron xidmətlər haqqında

Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının, “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikası Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarının icrasını təmin etmək məqsədilə Dövlət Statistika Komitəsi aşağıdakı istiqamətlər üzrə elektron xidmətlər göstərir:

- Rəsmi statistik hesabatların təqdim edilməsi;
- Statistik məlumatların buraxılış təqviminin və mətbu məlumatların yayım təqviminin təqdim edilməsi;
- Statistik məlumatların (göstəricilərin) verilməsi;
- Statistik nəşrlərin (kitabların) onlayn satışı;
- Statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə inzibati cərimələrin internet vasitəsilə ödənilməsi;
- Sahibkarlıq subyektinə ölçüsünə görə aid olduğu kateqoriyaya dair elektron arayışın verilməsi.

Qeyd olunan elektron xidmətlər nəticəsində statistik vahid (hüquqi və ya fiziki şəxs) bütün rəsmi statistika hesabatlarını statistika orqanlarına gəlmədən elektron formada təqdim edir, statistik məlumat istifadəçisi iqtisadiyyatın və sosial həyatın bütün sahələrinə dair hazırlanmış mətbu məlumatları, habelə onu maraqlandıran digər statistika məlumatlarını elektron formada əldə edir, statistik məcmuəni (kitabı) Komitəyə gəlmədən, dəyərini onlayn şəkildə ödəməklə alır, statistik məlumatların verilməsi qaydalarını pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edilmiş hüquqi və ya fiziki şəxs cəriməni banka getmədən, internet vasitəsilə onlayn rejimində ödəyir, eyni zamanda sahibkarlıq subyekti ölçüsünə görə aid olduğu kateqoriyaya dair arayışı elektron qaydada Dövlət Statistika Komitəsinə gəlmədən əldə edir.
un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim