AZ    EN
logo

2011-ci ilin iyun ayında nəqliyyatda yükdaşıma və sərnişindaşıma tarifləri

13.07.2011


2011-ci ilin iyun ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,8 faiz, sərnişindaşıma tarifləri isə 0,5 faiz bahalaşmışdır.
Dəmir yolunda yükdaşıma tarifləri yerli əlaqə üzrə 5,7 faiz ucuzlaşmış, tranzit yüklərin daşınması üzrə 6,4 faiz, digər ölkələrə göndərilmə üzrə 4,6 faiz, digər ölkələrdən gətirilmə üzrə 4,2 faiz artmışdır. Dəmir yolu vasitəsilə sərnişindaşıma tarifləri beynəlxalq əlaqə üzrə 5,7 faiz bahalaşmışdır.
Dəniz nəqliyyatı vasitəsilə MDB ölkələrinə yükdaşıma tarifləri 0,4 faiz ucuzlaşmış, uzaq xaric ölkələrinə isə 8,4 faiz artmışdır.
Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri müvafiq olaraq 0,1 və 1,4 faiz, uzaq xaric ölkələrinə sərnişindaşıma tarifləri 2,1 faiz bahalaşmış, yerli əlaqə üzrə sərnişindaşıma tariflərində isə 15,5 faiz ucuzlaşma müşahidə olunmuşdur.
Boru kəməri nəqliyyatında yükdaşıma tarifləri neft üzrə 0,6 faiz artmış, qazın nəqli tarifləri isə 0,4 faiz ucuzlaşmışdır.
Avtomobil nəqliyyatı üzrə yükdaşıma tarifləri 1,2 faiz bahalaşmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim