AZ    EN
logo

2011-ci ilin yanvar-may aylarında əhalinin gəlirləri

16.06.2011

Cari ilin yanvar-may aylarında əhalinin hər nəfərinə düşən gəlirləri 2010-cu ilin eyni dövrü ilə müqayisədə 15,0 faiz artaraq 1241,8 manat və ya orta hesabla ayda 248,4 manat təşkil etmişdir. Hər nəfərə düşən gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 6,1 faiz bəndi üstələmişdir. Bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 11,2 milyard manatlıq gəlirin 67,8 faizi son istehlak xərclərinə, 8,1 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilmiş, 22,4 faizi isə yığıma yönəldilmişdir. Bütün icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 10,3 milyard manatlıq və ya əvvəlki ildəkindən 17,8 faiz çox vəsait qalmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim