AZ    EN
logo

2011-ci ilin yanvar-may aylarında Ümumi Daxili Məhsul istehsalı

16.06.2011

2011-ci ilin beş ayı ərzində ölkə iqtisadiyyatında 17,6 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuş, onun əvvəlki ilin eyni dövrünə nisbətən artım sürəti 100,8 faiz təşkil etmişdir. Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 1952,4 manat və ya 2459,9 ABŞ dolları olmuşdur. İqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz artaraq 8,4 milyard manat və ya ÜDM-in 47,7 faizini təşkil etmişdir. Ümumi daxili məhsulda 52,3 faiz paya malik olan neft-qaz istehsalı və emalı sahələrinin əlavə dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz azalmış, bu da öz növbəsində ÜDM-in artım sürətinin nisbətən aşağı olmasına səbəb olmuşdur. ÜDM-in 55,1 faizi sənayedə, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 6,8 faizi tikintidə, 7,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatında, 1,4 faizi mehmanxana və iaşə xidmətləri sahəsində, 1,8 faizi informasiya və rabitə xidmətlərində, 11,0 faizi isə sosial və digər xidmət sahələrində istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,3 faizini təşkil etmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim