AZ    EN
logo

2011-ci ilin yanvar-mart aylarında əhalinin gəlirləri

15.04.2011

Cari ilin birinci rübündə əhalinin adambaşına gəlirləri 2010-cu ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz artaraq 721,5 manat və ya orta hesabla ayda 240,5 manat təşkil etmişdir. Adambaşına gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 6,2 faiz bəndi üstələmişdir. Bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 6,5 milyard manatlıq gəlirin 69,9 faizi son istehlak xərclərinə, 8,1 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilmiş, 20,6 faizi isə yığıma yönəldilmişdir. Bütün icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 6,0 milyard manatlıq və ya əvvəlki ildəkindən 18,1 faiz çox vəsait qalmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim