AZ    EN
logo

2011-ci ilin birinci rübü ərzində yeni yaradılmış hüquqi və fiziki şəxslər haqqında

15.04.2011

2011-ci ilin birinci rübü ərzində hüquqi və fiziki şəxslərin sayı artmaqda davam etmiş və qeydiyyata alınmış 1446 hüquqi şəxsin 169-u dövlət mülkiyyətinə, 1157-si isə xüsusi mülkiyyətə, ümumi qeydiyyata alınmışlardan 93-ü tam xarici investisiyalı, 27-si isə birgə müəssisələrə aid olmuşdur. Yeni müəssisələrin 57,5 faizi Bakıda, 10,2 faizi Aran, 7,5 faizi Gəncə-Qazax, hər birində 6,8 faizi olmaqla Abşeron və Lənkəran iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin məlumatına əsasən, 2011-ci ilin yanvar-mart aylarında 9738 fiziki şəxs qeydiyyatdan keçmişdir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron və Şəki-Zaqatala iqtisadi rayonlarında qeydiyyata alınmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim