AZ    EN
logo

2010-cu ildə ölkə iqtisadiyyatına yönəldilmiş xarici investisiyalar haqqında

15.02.2011

İlkin məlumatlara görə, 2010-cu ildə ölkə iqtisadiyyatına yönəldilmiş xarici investisiyaların həcmi əvvəlki ilə nisbətən 50,8 faiz artaraq 8,2 milyard ABŞ dolları olmuşdur. İnvestisiyaların 41,3 faizi iqtisadiyyata maliyyə kreditləri, 43,8 faizi birbaşa, 14,9 faizi isə portfel və digər investisiyalar şəklində daxil olmuşdur. Birbaşa investisiyaların həcmi 3,6 milyard dollar təşkil edərək 2009-cu illə müqayisədə 19,0 faiz artmış, onun 3,0 milyard dolları və ya 81,8 faizi iqtisadiyyatın neft-qaz sektoruna yönəldilmişdir. 2010-cu ildə ölkə rezidentlərinə 3,4 milyard ABŞ dolları ekvivalentində və ya əvvəlki ildəkindən 2,4 dəfə çox xarici kreditlər təqdim edilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim