AZ    EN
logo

2011-ci ilin yanvar ayında Ümumi Daxili Məhsul istehsalı

15.02.2011

2011-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında 3,4 milyard manatlıq və ya əvvəlki ilin yanvar ayına nisbətən 0,8 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. İqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 6,6 faiz artaraq 1,4 milyard manat və ya ÜDM-in 41,0 faizini təşkil etmişdir. Ümumi daxili məhsulun 51,9 faizi neft-qaz istehsalı və emalı sahələrinin, 7,1 faizi isə məhsula və idxala xalis vergilərin payına düşmüşdür. ÜDM-in 56,8 faizi sənayedə, 2,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 3,6 faizi tikintidə, 7,9 faizi topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri üzrə xidmətlər sahəsində, 6,5 faizi nəqliyyat və anbar təsərrüfatında, 1,4 faizi mehmanxana və iaşə xidmətləri sahəsində, 1,7 faizi informasiya və rabitə xidmətlərində, 12,2 faizi isə sosial və digər xidmət sahələrində istehsal edilmişdir. Son yeddi il ərzində Azərbaycan iqtisadiyyatına 41,8 milyard dollar həcmində xarici sərmayə yatırılmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim