AZ    EN
logo

2011-ci ilin yanvar-may aylarında sənayenin işi haqqında

17.06.2011

Azərbaycanın sənaye sahələrində başa vurulan son beş ayda 12,4 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Neft və qaz hasilatı sənayesində azalma, qeyri-neft sahələrində isə 10,6 faizlik artım olmuşdur. Sənaye məhsulunun 75,2 faizi mədənçıxarma bölməsində, 18,4 faizi emal bölməsində, 5,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. Beş ay ərzində neft hasilatı 20,0 milyon ton, təbii qaz hasilatı isə 10,7 milyard kub-metr təşkil etmiş, qeyri-neft bölməsinin məhsullarından qiymətli metalların, qida məhsullarının, kimya sənayesi məhsullarının, elektrik enerjisinin, avtomobillərin, elektrik avadanlıqlarının və s. məhsulların istehsalında daha çox artım müşahidə olunmuşdur. Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 78,5 faizini təşkil etmiş, ümumi istehsalın 91,5 faizi sənaye mallarının (əmtəələrin), 8,5 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılmışdır. Müəssisələr istehsal etdikləri məhsulların böyük əksəriyyətini yerli və xarici istehlakçılara göndərmişlər.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim