AZ    EN
logo

2011-ci ilin may ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi

13.06.2011

May ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 5,1 faiz ucuzlaşmışdır. Ay ərzində mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 6,3 faiz ucuzlaşmış, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 1,5 faiz bahalaşmışdır. May ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 100,4 faiz təşkil etmişdir. Bu bölmədə istehsalçı qiymətləri kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 3,7 faiz, içki istehsalı üzrə 1,7 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 0,9 faiz, qida məhsullarının istehsalı, kağız və karton istehsalı üzrə 0,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,2 faiz, mebel istehsalı üzrə 0,1 faiz ucuzlaşmış, toxuculuq sənayesi üzrə 8,5 faiz, kimya sənayesi üzrə 4,3 faiz, maşın və avadanlıqların istehsalı üzrə 1,9 faiz, tikinti məmulatlarının istehsalı üzrə 1,2 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatların istehsalı üzrə 0,9 faiz, tütün məmulatlarının istehsalı üzrə 0,7 faiz, metallurgiya sənayesi və poliqrafiya fəaliyyəti üzrə 0,4 faiz, neft məhsullarının istehsalı və geyim istehsalı üzrə 0,1 faiz bahalaşmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim