AZ    EN
logo

2011-ci ilin may ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında

06.06.2011

2011-ci ilin may ayında ərzaq məhsullarının qiymətlərinin 0,9 faiz ucuzlaşması nəticəsində istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,4 faiz ucuzlaşmışdır. Ötən ay ərzaq məhsullarından düyünün, unun, qarabaşaq yarmasının, toyuq ətinin, təzə balığın, südün, yumurtanın, kərə yağının, şəkər və şəkər tozunun, limonun, portağalın, bananın, armudun, alçanın, çiyələyin, kələmin, göyərtinin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, kökün, sarımsağın, soğanın, kartofun qiyməti ucuzlaşmışdır. Eyni zamanda ay ərzində ucuzlaşma ilə yanaşı bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma da müşahidə olunmuşdur ki, bu əsasən manna yarmasının, makaron məmulatlarının, mal və qoyun ətinin, toyuq budunun, bitki yağlarının, almanın, naringinin, şabalıdın, kələmin, çuğundurun qiymətlərində qeydə alınmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim