AZ    EN
logo

Dövlət qulluğunun vəzifələrini tutmuş işçilərin sayı və onların əmək haqqı barədə

23.05.2011


2011-ci il yanvar ayının 1-nə ölkədə dövlət qulluğuna aid vəzifələrdə çalışan işçilərin sayı əvvəlki ilin yanvarın 1-i vəziyyəti ilə müqayisədə 0,6 faiz artaraq 28,6 min nəfər olmuş və onların 28,3 faizini qadınlar təşkil etmişdir. Dövlət qulluğunda işləyənlərin 3,0 faizi inzibati vəzifələrin 1-4-cü təsnifat üzrə, 78,4 faizi 5-9-cu təsnifat üzrə və 18,6 faizi dövlət qulluğunun yardımçı vəzifələrində işləyir.
Dövlət qulluğu vəzifələrində işləyənlərin 6,9 faizi 1 ilə qədər, 25,1 faizi 1 ildən 5 ilə qədər, 24,2 faizi 5 ildən 10 ilə qədər, 17,8 faizi 10 ildən 15 ilə qədər, 26,0 faizi isə 15 və daha çox qulluq stajına malikdir.
Dövlət qulluqçuları vəzifələrində işləyənlərin yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 30 yaşa qədər olan qulluqçular 16,3 faiz, 30-34 yaşda olan qulluqçular 13,1 faiz, 35-44 yaşda olan qulluqçular 22,2 faiz, 45-54 yaşda olan qulluqçular 30,6 faiz, 55-61 yaşda olan qulluqçular 13,4 faiz və 62 və yuxarı yaşda olan qulluqçular 4,4 faiz təşkil edir. İşləyənlərin əsas hissəsi (52,8 faizi) 35-54 yaşda olanlardır.
5-9-cu təsnifat üzrə inzibatı vəzifələrdə çalışanların 15,5 faizini şöbə müdirləri, 10,4 faizini şöbə müdirinin müavinləri, 8,3 faizini sektor müdirləri, 24,8 faizini baş məsləhətçilər, 5,2 faizini böyük məsləhətçilər, 14,0 faizini aparıcı məsləhətçilər və 21,8 faizini məsləhətçilər təşkil etmişdir. Dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 92,0 faiz komplektləşdirilmişdir.
2010-cu ildə dövlət qulluğunun vəzifələrini tutmuş işçilərin orta aylıq əmək haqqı 425,7 manat təşkil etmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim