AZ    EN
logo

İstehlak bazarı haqqında

11.05.2011

2011-ci ilin dörd ayı ərzində ticarət şəbəkəsindən əhaliyə 4,9 milyard manat məbləğində və ya 2010-cu ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz çox istehlak malları satılmışdır. İstehlak mallarının 4,8 milyard manatı pərakəndə ticarət, 146,2 milyon manatı iaşə şəbəkələrində realizə olunmuşdur. Əhalinin ticarət şəbəkələrində xərclədikləri vəsaitin 3,1 milyard manatı ərzaq məhsullarının, 1,8 milyard manatı isə qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur. Dörd ay ərzində xidmət şəbəkələri vasitəsilə əhaliyə 1,5 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz çox pullu xidmətlər göstərilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim