AZ    EN
logo

İdxal - ixrac əməliyyatları haqqında

10.05.2011

2011-ci ilin birinci rübündə ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 114 xarici dövlətlə 7,3 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları aparmışlar. Xarici ticarət dövriyyəsinin 5,4 milyard dollarını Azərbaycandan ixrac olunmuş mallar, 1,9 milyard dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil etmişdir. Əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin fiziki həcmi 16,4 faiz, o cümlədən idxal 60,7 faiz, ixrac isə 0,8 faiz artmış, rüb ərzində 3,5 milyard dollarlıq müsbət xarici ticarət saldosu yaranmışdır. Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (84,9 faizi) İtaliya, Fransa, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Belarus, Malayziya, Ukrayna, Türkiyə, Bolqarıstan, İsrail, Almaniya, Çin, İspaniya, Gürcüstan və İndoneziya dövlətləri ilə aparılmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim