AZ    EN
logo

2011-ci ilin birinci rübündə sənayenin inkişafı haqqında

15.04.2011

2011-ci ilin birinci rübündə sənayedə fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 7,5 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Qeyri-neft sənaye bölməsinin sahələrində istehsalın həcmi artmaqda davam edərək ümumilikdə 9,8 faiz olmuşdur. Sənaye məhsulunun 74,0 faizi mədənçıxarma bölməsində, 19,3 faizi emal bölməsində, 6,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. Üç ay ərzində 12,0 milyon ton neft və 6,3 milyard kub-metr qaz hasil olunmuş, qeyri-neft bölməsinin məhsullarından qiymətli metalların, qida məhsullarının, kimya sənayesi məhsullarının, elektrik enerjisinin, avtomobillərin, elektrik avadanlıqlarının və s. məhsulların istehsalında daha çox artım müşahidə olunmuşdur. Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 79,5 faizini təşkil etmiş, ümumi istehsalın 91,9 faizi sənaye mallarının (əmtəələrin), 8,1 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılmışdır. Müəssisələr istehsal etdikləri məhsulların böyük əksəriyyətini yerli və xarici istehlakçılara göndərmişlər.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim