AZ    EN
logo

Tikinti haqqında

13.04.2011

Ölkə iqtisadiyyatının başqa sahələri ilə yanaşı, tikinti kompleksi də dinamik inkişaf edir. 2011-ci ilin birinci rübü ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 1,8 milyard manat və ya əvvəlki ildəkindən 2,5 faiz çox investisiya yönəldilmiş və onun 1043,4 milyon manatı tikinti-quraşdırma işlərində istifadə edilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin 73,3 faizi daxili mənbələr hesabına təmin edilmişdir. Sərf edilmiş sərmayələrin 49,4 faizi məhsul istehsalı, 50,6 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunmuşdur. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 49,8 faizini təşkil etmişdir. Rüb ərzində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bir sıra yeni tikili və obyektlər işə salınmış, yeni iş yerləri açılmışdır. Abşeron rayonunda Mebel fabriki və AZMDF zavodu, Samux rayonunda Meyvə qurudulması və emal müəssisəsi, Göyçay rayonunda Meyvə və tərəvəz saxlamaq üçün soyuducu anbar, Tovuz rayonunda Süd emal zavodu, Olimpiya İdman Kompleksi, Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolu, Qazax-Gürcüstan Dövlət Sərhədi avtomobil yolu, Kürdəmir-Ucar magistral avtomobil yolu yenidən qurularaq istismara verilmiş, Gəncə şəhərində Fiziki qüsurlu insanlar üçün Regional İnformasiya Mərkəzi, Naftalan şəhərində "Çinar Hotel SPA Naftalan" və "Qaşaltı" Sanatoriya kompleksləri, ölkənin müxtəlif bölgələrində ümumi sahəsi 319,8 min kvadrat metr olan yeni yaşayış evləri və 496 şagird yerlik ümumtəhsil məktəbi və digər obyektlər istifadəyə verilmişdir. Əsas kapitala yönəldilmiş sərmayənin 59,6 faizini müəssisə və təşkilatların vəsaitləri, 27,4 faizini büdcə vəsaiti, 3,7 faizini əhalinin xüsusi vəsaiti və 9,3 faizini digər vəsaitlər təşkil etmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim