AZ    EN
logo

2011-ci ilin mart ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi

13.04.2011

Mart ayında bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,4 faiz bahalaşmışdır. Birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,8 faiz, arpanın 0,1 faiz, kələmin 3,4 faiz, balqabağın 21,2 faiz, cəfərinin 0,3 faiz, baş soğanın 0,8 faiz, göy soğanın 1,7 faiz, kartofun 1,2 faiz, quru otun 1,4 faiz, yonca toxumunun istehsalçı qiymətləri 14,1 faiz bahalaşmışdır. Çoxillik bitkilərdən narın istehsalçı qiymətləri 1,8 faiz, almanın 11,2 faiz, armudun 0,4 faiz, şabalıdın 2,4 faiz, fındığın 5,0 faiz, qozun 6,3 faiz, ağac və kol tinglərinin istehsalçı qiymətləri 0,3 faiz bahalaşmış, nanə yarpaqlarının istehsalçı qiymətləri isə 10,4 faiz ucuzlaşmışdır. Diri heyvanlar və heyvandarlıq məhsullarından iri-buynuzlu mal-qaranın istehsalçı qiymətləri 1,3 faiz, inək südünün 2,0 faiz, camış südünün 0,5 faiz, diri ev quşlarının qiymətləri 10,9 faiz bahalaşmış, diri qoyun və keçilərin 1,6 faiz, yumurtanın qiymətləri isə 0,5 faiz ucuzlaşmışdır. Balıq və sair balıqçılıq məhsullarından isə diri balığın istehsalçı qiymətlərində 1,4 faiz bahalaşma müşahidə olunmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim