AZ    EN
logo

2011-ci ilin mart ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi

13.04.2011

Mart ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz təşkil etmişdir. Ay ərzində emal sənayesi üzrə istehsalçı qiymətləri 0,2 faiz bahalaşmış, mədənçıxarma sənayesi, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə istehsalçı qiymətlərində dəyişiklik müşahidə olunmamışdır. Mart ayında emal sənayesi üzrə istehsalçı qiymətləri kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 9,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 2,2 faiz, toxuculuq sənayesi, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,7 faiz, kimya sənayesi üzrə 0,4 faiz, mebel istehsalı, maşın və avadanlıqlardan başqa hazır metal məmulatların istehsalı üzrə 0,3 faiz, qida məhsullarının istehsalı, neft məhsullarının istehsalı üzrə 0,1 faiz bahalaşmış, tütün məmulatlarının istehsalı üzrə 1,8 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 0,5 faiz, içki istehsalı üzrə 0,3 faiz, poliqrafiya fəaliyyəti üzrə 0,1 faiz ucuzlaşmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim