AZ    EN
logo

2011-ci ilin fevral ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi

15.03.2011

Fevral ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 0,1 faiz ucuzlaşmışdır. Ay ərzində mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 0,2 faiz ucuzlaşmış, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 0,7 faiz bahalaşmışdır. Fevral ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 100,4 faiz təşkil etmişdir. Bu bölmədə istehsalçı qiymətləri dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 8,7 faiz, kimya sənayesi üzrə 6,8 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatların istehsalı üzrə 4,8 faiz, tütün məmulatlarının istehsalı üzrə 2,4 faiz, qida məhsullarının istehsalı üzrə 0,6 faiz, tikinti materiallarının istehsalı üzrə 0,5 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 0,4 faiz, toxuculuq sənayesi üzrə 0,3 faiz, zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı üzrə 0,2 faiz, içki istehsalı, poliqrafiya fəaliyyəti, geyim istehsalı, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,1 faiz bahalaşmış, metallurgiya sənayesi üzrə 7,4 faiz, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 0,6 faiz, kağız və karton istehsalı üzrə 0,5 faiz, maşın və avadanlıqların istehsalı üzrə isə 0,1 faiz ucuzlaşmışdır. Ay ərzində su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə istehsalçı qiymətləri 42,3 faiz bahalaşmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim