AZ    EN
logo

2011-ci ilin yanvar-fevral aylarında Ümumi Daxili Məhsul istehsalı

14.03.2011

2011-ci ilin ilk iki ayında ölkə iqtisadiyyatında 6,7 milyard manatlıq və ya əvvəlki ilin yanvar-fevral aylarına nisbətən 1,4 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. İqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz artaraq 2,7 milyard manat və ya ÜDM-in 40,9 faizini təşkil etmişdir. Ümumi daxili məhsulun 51,5 faizi neft-qaz istehsalı və emalı sahələrinin, 7,6 faizi isə məhsula və idxala xalis vergilərin payına düşmüşdür. ÜDM-in 56,6 faizi sənayedə, 2,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 4,7 faizi tikintidə, 7,5 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatında, 1,3 faizi mehmanxana və iaşə xidmətləri sahəsində, 1,8 faizi informasiya və rabitə xidmətlərində, 11,1 faizi isə sosial və digər xidmət sahələrində istehsal edilmişdir. Bu dövrdə nəqliyyat və anbar təsərrüfatı xidmətləri sahəsində əlavə dəyər real ifadədə 15,5 faiz, informasiya və rabitə xidmətlərində isə 20,9 faiz artmış və bu sahələr artım sürətlərinə görə iqtisadiyyatın digər sahələri arasında lider olmuşlar.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim