AZ    EN
logo

2011-ci ilin yanvar-fevral aylarında sənayenin inkişafı haqqında

14.03.2011

2011-ci ilin yanvar-fevral aylarında sənayedə fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 4,9 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Sənaye məhsulunun 74,3 faizi mədənçıxarma bölməsində, 19,0 faizi emal bölməsində, 6,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. Sənayenin qeyri-neft bölməsində məhsul istehsalı 8,9 faiz artmış, özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 80,7 faizini təşkil etmiş, ümumi istehsalın 92,0 faizi sənaye mallarının (əmtəələrin), 8,0 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılmışdır. İki ay ərzində neft hasilatı 7,9 milyon ton, təbii qaz hasilatı isə 4,1 milyard kub-metr təşkil etmişdir. Müəssisələr istehsal etdikləri məhsulların böyük əksəriyyətini yerli və xarici istehlakçılara göndərmişlər.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim