AZ    EN
logo

İstehlak bazarı haqqında

09.03.2011

2011-ci ilin ilk iki ayında ölkə ərazisində ticarət fəaliy2yəti göstərən hüquqi və fiziki şəxslər tərəfindən əhaliyə 2,4 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz çox istehlak malları satılmışdır. Pərakəndə ticarət şəbəkələri üzrə əmtəə dövriyyəsinin həcmi 7,5 faiz artaraq 2,3 milyard manata, iaşə şəbəkələrinin dövriyyəsi isə 14,4 faiz artaraq 67,7 milyon manata bərabər olmuşdur. İstehlak mallarının 14,3 faizi hüquqi, 85,7 faizi fiziki şəxslər tərəfindən realizə olunmuşdur. Əhali ticarət şəbəkələrindən 1,5 milyard manatlıq ərzaq məhsulları, 850,0 milyon manatlıq qeyri-ərzaq malları almışdır. Yanvar-fevral aylarında əhaliyə 760,0 milyon manatlıq və ya 9,9 faiz çox pullu xidmətlər göstərilmişdir. Xidmətlərin 78,7 faizi hüquqi, 21,3 faizi fiziki şəxslərin payına düşmüş və onların tərəfindən əhaliyə müvafiq olaraq 7,4 və 20,2 faiz çox pullu xidmət göstərilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim